Xiaomi Çinlilərin Qisicze bayramına həsr olunmuş məhdud sayda xüsusi versiya Mix Flip 2 qatlana bilən smartfonunu satışa çıxardı. Bu model standart versiyadan fərqli olaraq, korpusunda orijinal materiallardan istifadə olunması ilə seçilir, o cümlədən laboratoriyada yetişdirilmiş brilyantla.
Xiaomi Mix Flip 2 Diamond Limited Edition-un arxa paneli timsah dərisi teksturasına malik Kona markalı süni dəri ilə örtülüb, mərkəzdə isə brendin metal lövhəsi yerləşdirilib.
İki rəng seçimi mövcuddur: albalı qırmızı (Cherry Red) və ağ (Glacier White). Çərçivəyə isə NGTC tərəfindən sertifikatlaşdırılmış süni brilyant bəzəyi əlavə olunub.
Texniki baxımdan bu model standart versiyadan fərqlənmir, lakin yalnız 12/512 GB yaddaş konfiqurasiyasında təqdim olunur.
Qutuya hədiyyəlik qoruyucu örtük, teksturalı futlyar və mirvari detallı aksesuarlar daxildir. Çin bazarında qiyməti $975 təşkil edir, digər ölkələrdə satışa çıxarılıb-çıxarılmayacağı isə hələ məlum deyil.