Sony şirkətinin tamfunksiyalı portativ oyun konsolu üzərində işlədiyi artıq rəsmi şəkildə təsdiqlənib. Yeni cihazın PS6 ilə eyni dövrdə təqdim olunacağı gözlənilir. İndi isə bəlli olub ki, bu portativ konsol yaddaş baxımından olduqca güclü olacaq.
Son məlumata görə, yeni PlayStation modeli 16 GB LPDDR5X operativ yaddaş ilə gələcək — bu, hazırkı PS5 ilə eyni səviyyədədir.
Baxmayaraq ki, yaddaşın ötürmə sürəti (bandwidth) ən yüksək səviyyədə olmayacaq, bu çatışmazlıq qismən keş yaddaş hesabına kompensasiya olunacaq: cihazda 4 MB ikinci səviyyəli keş və 16 GB Infinity Cache olacaq. Qeyd edək ki, belə bir keş hətta PS5 Pro modelində də mövcud deyil.
Əvvəlki şayiələrə əsasən, yeni portativ PlayStation PS5 oyunlarını işə salacaq qədər güclü olacaq. Amma bəzi oyunların xüsusi optimizasiya tələb edəcəyi də istisna edilmir.