spot_img
18 июня, 2025
spot_img
ДомойТехнологииГаджетыApple bu il Watch Ultra 3 modelini təqdim edəcək

Apple bu il Watch Ultra 3 modelini təqdim edəcək

Apple şirkəti bu il yeni Watch Ultra modelini təqdim etməyi planlaşdırır. Analitik Ceff Pu-nun X sosial şəbəkəsində verdiyi məlumata görə, bu modelin anonsu böyük ehtimalla sentyabrda keçiriləcək təqdimat mərasimində baş tutacaq.

Keçən il Ultra saatlar üçün nisbətən zəif keçdi — Apple sadəcə olaraq qara rəngli versiyanı təqdim etdi ki, bu da istifadəçilər arasında məyusluq doğurdu. Yeni modelin isə daha ciddi yeniliklərlə gələcəyi gözlənilir: peyk bağlantısı, 5G RedCap standartının dəstəyi və təzyiq ölçmə funksiyası təqdim oluna bilər. Amma qeyri-invaziv qan şəkəri monitorinqi funksiyası, analitikə görə, yalnız 2027-ci ildə istifadəyə veriləcək.

Ceff Pu-nun paylaşdığı qrafik AirPods Pro 3-ü gözləyənlər üçün də bir mesaj verir — qrafik bir daha təsdiqləyir ki, yeni qulaqlıqlar yalnız gələn il satışa çıxacaq. Bu barədə daha əvvəl digər tanınmış analitik Min-Çi Kuo da məlumat vermişdi.

Əvəzində 2025-ci ildə Apple-ın ekranlı ağıllı ev mərkəzi — HomePad təqdim olunacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,934ФанатыМне нравится
1,026ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -