spot_img
6 июня, 2025
spot_img
ДомойSoftwareМобильные приложенияAdobe Android üçün yeni və pulsuz Photoshop təqdim etdi

Adobe Android üçün yeni və pulsuz Photoshop təqdim etdi

Adobe şirkəti Android smartfonları üçün mobil formatda sürətli və rahat şəkil redaktəsi imkanı verən yeni Photoshop tətbiqini istifadəyə verib.

Hazırda tətbiq beta-test mərhələsində olsa da, istifadəçilərə artıq bir sıra funksiyalar əlçatandır:

  • Photoshop-un əsas alətləri: seçim (selection), laylar (layers) və maskalar ilə işləmək;

  • Tap Select aləti – şəkillərin istənilən hissəsini asanlıqla silmək və redaktə etmək;

  • Süni intellekt funksiyaları, o cümlədən Generative Fill – şəkillərə yeni elementlər əlavə etmək və ya mövcudları dəyişmək;

  • Adobe Stock kitabxanasına pulsuz giriş – layihə üzərində işləmək üçün faydalı vizual materiallar;

  • Object Select və Magic Wand – şəkillərdə obyektləri dəqiq seçmək üçün alətlər;

  • Remove və Clone Stamp – şəkilləri təmizləmək və redaktə etmək üçün imkanlar.

Məlumata görə, beta mərhələsi tamamlandıqdan sonra tətbiqin premium funksiyalarından istifadə etmək üçün ödənişli Photoshop Mobile & Web abunəliyi tələb olunacaq. Hazırda abunə qiyməti açıqlanmayıb.

Adobe Photoshop for Android tətbiqini artıq buradan yükləmək mümkündür.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,940ФанатыМне нравится
1,026ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -