Vivo şirkəti V50 seriyasına daxil olacaq daha bir yeni smartfonun – V50 Elite Edition modelinin tezliklə təqdim olunacağını elan edib. Bu model artıq mövcud olan əsas V50 və V50e versiyalarına qoşulacaq.
Rəsmi məlumat, “X” sosial şəbəkəsində yayımlanan video-tizervasitəsilə paylaşılıb. Vivo V50 Elite Edition modelinin rəsmi təqdimatı 15 may tarixində baş tutacaq.
Hazırda texniki xüsusiyyətlər barədə ətraflı məlumat verilməyib. Smartfonun tam görünüşü də hələlik gizli saxlanılır – təqdim olunan videoda yalnız arxa kameranın bloku, Zeiss loqosu və işıqda parıldayan model adı görünür.
Tizerə əlavə olunan mətndə isə diqqət çəkən mesajlar verilir: istehsalçı «cəzbedici portretlər» və «ətrafı bürüyən səs» vəd edir, qeyd edir ki, “bu sadəcə bir smartfon deyil”.