Bu gün iş məkanı ofisdən kənara çıxır, ASUS ExpertBook xətti də məhz bu yeni, hər gün dəyişən reallığa uyğunlaşmaq üçün yaradılıb. Peşəkarlar üçün istehsal olunan ExpertBook noutbukları yüngüllük və portativliyi, yüksək məhsuldarlıq və MIL-STD 810H testləri ilə təsdiqlənən möhkəmliyi özündə birləşdirir. Virtual rejimində, böyük iş yükü altında və ya müxtəlif lokasiyalar arasında yerinizi dəyişərək işləməyinizdən asılı olmayaraq, ExpertBook P5 sizə, bütün tələblərinizi ödəmək üçün çeviklik və funksionallıq təklif edir.
Davamlılıq və əlverişliliyin balansı
ASUS ExpertBook P5 portativlik.ş eleqantlıq və uzunömürlülük məqsədilə yaradılıb. Qurğu, iclas zalları və məsafəli ofislər üçün uyğun olan peşəkar estetikanı qoruyaraq, premium görünüşə malikdir. 1,29 kq çəkisi və cəmi 14,9 mm qalınlığı olan bu noutbuk, daim hərəkətdə olanlar üçün mükəmməl yoldaş ola bilər. Yüngül konstruksiyasına baxmayaraq, ExpertBook P5 heç də zəif deyil. Korpusun etibarlılığını yüngül və möhkəm alüminium xəlitəsi təmin edir. MIL-STD-810H hərbi standartlara uyğun testlər çərçivəsində, noutbuk, zərbə, silkələnmə, toz və qumun təsiri, rütubət və ekstremal hərarətlər də daxil olmaqla, sərt sınaqlardan keçərək, özünü təsdiqləyib. Beləliklə, qurğunun adi istifadə şəraitində möhkəmliliyi və etibarlılığı şübhə doğurmur.
Vizual zərifliyin baxmayaraq, ExpertBook P5 olduqca funksionaldır. Şirkətə məxsus oynaq (şarnir) displeyin 180 dərəcə açılışını təmin edərək, iclaslarda birgə iş və ya təqdimat zamanı ekranın düz duruşuna şərait yaradır.
Displeyin mat örtüyü parıltını azaldaraq, hətta zəif işıqlanma şəraitində rahat işləməyə imkan verir. Portların düşünülmüş şəkildə yerləşdirilməsi, dizayn elementlərini qorumaqla, qurğunun funksionallığını artırmağa şərait yaradır. Noutbukun sol böyründə iki ədəd Thunderbolt 4 Type-C, HDMI 2.1 portu, USB 3.2 Gen 2 Type-A portu və 3,5 mm-lik kombinləşdirilmiş audiogiriş yerləşdirilib. Sağda isə ikinci USB 3.2 Gen 2 Type-A portu və Kensington Nano qıfılı yer alıb. Bütün portlar gücləndirildiyindən, hətta mütəmadi istifadə zamanı onların etibarlılığına tam zəmanət verilir.
ASUS şirkəti ExpertBook P5 noutbukunu iri sensorlu panel və maye tökülməsindən müdafiəni əlavə etməklə, istifadəçilərin rahatlığına böyük önəm verdiyini bir daha sübut edib. Düymənin sıxılma dərinliyi 1,5 mm olması, yazı və çap prosesini daha xoş edir, incə alt işıq isə hətta zəif işıqlanma şəraitində belə səmərəli iş imkanını təmin edir. Bu erqonomik xüsusiyyətlərlə eleqant və möhkəm korpusun birləşməsi, noutbuku uzunmüddətli iş sessiyaları üçün mükəmməl qurğuya çevirir.
Real tapşırıqlar üçün yüksək məhsuldarlıq
ASUS ExpertBook P5 üç Sİ sürətləndiricisini özündə birləşdirən ən son Intel Core Ultra (Lunar Lake) prosessoruna əsaslanır. Süni intellekt tapşırıqlarında ümumi məhsuldarlıq saniyədə 120 trilyon əməliyyatdan (TOPS) artıqdır və xüsusi neyron prosessoru qeyd olunan əməliyyatların 47 TOPS-unu yaradır. Süni İntellekt alqoritmlərini buludlara məlumat göndərmədən lokal qaydada sürətli və səmərəli hesablamaq üçün ən azı 40 TOPS məhsuldarlıq səviyyəsi tələb olunduğundan, bu olduqca önəmlidir. Qeyd olunan rəqəm nə qədər yüksək olsa, süni intellekt tətbiqləri və funksiyaları developerləri üçün bir o qədər çox imkanlar açılır.
Noutbuk 32 GB-a qədər LPDDR5X-8533 operativ yaddaş təklif edən konfiqurasiyalarda mövcuddur. M.2 2230 yuvasına 2 TB-ə qədər yaddaş həcmi olan bir ədəd M.2 2280 PCIe 4.0 və əlavə olaraq bir ədəd 1 TB-ə qədər SSD-doldurucu quraşdırmaq mümkündür. Bu İstər çoxsaylı cədvəllərlə işləyirsinizsə, istər CRM-i idarə edirsiniz, istərsə də təsirli təqdimatlar təqdim edirsinizsə, ExpertBook P5 hər şeyi asanlıqla idarə edir. Bu xüsusiyyətlər geniş peşəkar tapşırıqlar sahəsində məxsusi yüksək məhsuldarlıq təmin edir. Cədvəllərlə işləməyinizdən, CRM işə salmağınızdan və ya təsirli təqdimatlar aparmağınızdan asılı olmayaraq, ExpertBook P5 bütün tapşırıqları asanlıqla yerinə yetirir. Adi iş günü ərzində siz, əlavə vaxt itirmədən brauzerdə bir neçə səhifəni açıq qoya, videozənglər reallaşdıra və böyük həcmdə məlumatla işləyərək, tapşırıqları idarə edə bilərsiniz. ExpertCool soyutma sistemi, hətta uzunmüddətli istifadə və resurs tələb edən tapşırıqların yerinə yetirilməsi zamanı sabit məhsuldarlıq nümayiş etdirir. Yüksəksürətli SSD-doldurucu sayəsində noutbuk tez işə düşür, faylları bir anda ötürür və qəbul edir.
1080p veb-kamera tez-tez virtual görüşlərdə iştirak edən peşəkarlar üçün mükəmməl keyfiyyət vəd edir. Eyni zamanda Windows Hello funksiyası ilə sürətli və təhlükəsiz giriş onun imkanlarını təmin edir. Bu zaman hətta zəif işıqlanma olan məkanlarda belə görüntü keyfiyyəti dəqiq və aydın qalır. Kamera, konfidensiallığınızı qorumaq üçün fiziki pərdə ilə təchiz edilib. Süni İntellekt əsaslı səsboğma və avtomatik kadr tənzimlənməsi funksiyaları virtual görüşlərin keyfiyyətini artırır, istifadəçinin ekranda peşəkar şəkildə və aydın görünməsinə zəmanət verir. Bu təkmilləşdirmə işləri sabit və aydn rabitə tələb edən distnat iş şəraitində xüsusi önəm daşıyır.
Noutbukun digər xüsusiyyəti onun 2,5K (2560×1600 piksel) icazəli 14 düymluq IPS-displeydir. O, 16:10 tərəf nisbətinə, parıltıya qarşı xüsusi örtüyə, 144 Hz yenilənmə tezliyinə və 400 cd/m2 parlaqlığa malikdir. Ensiz NanoEdge ekran çərçivəsi ilə əhatə olunan displey, dəqiq təsvir və rəvan sürüşmə təmin edərək, uzunmüddətli istifadə zamanı belə gözlərin yorulmasının qarşısını alır. Bunun sayəsində ExpertBook P5 yalnız iş üçün deyil, həm də striminq xidmətlərində medikontentin izlənməsini müşaiyət edən istirahət üçün də olduqca əlverişlidir.
Süni İntellekt alətləri ilə işiniz təkmilləşəcək
Süni İntellekt ASUS ExpertBook P5-də əsas yer tutur. ASUS AI ExpertMeet Sİ-tətbiqi sayəsində, istifadəçi, server və kənar şirkətlərə məlumat ötürmədən, lokal şəkildə işləyən Sİ əsaslı konfrans-menecerini əldə edir. Onun ən praktik funksiyalardan biri olan AI Meeting Minutes aləti real zaman rejimində ünsiyyətin konkret iştirakçılarını və müzakirələrin əsas məğzini müəyyənləşdirir, görüşlərin deşifrənlənməsini təmin edir. Bu funksiya uzunsürən və qəliz zənglər zamanı qeydlərə deyil, məhz müzakirələrə köklənməyə yardım edir.
Digər təsirli funksiyalardan biri də süni intellekt əsaslı səsboğma texnologiyasıdır. O, zənglər zamanı hətta kafe və ya open space ofisllər kimi səs-küylü məkanlarda belə, fon səslərini filtrləyərək, səsinizin dəqiqliyini təmin edir. Əlavə olaraq, süni intellekt alqoritmləri ilə işləyən kamera da parlaqlığı tənzimləyir, istifadəçinin hərəkətlərini izləməklə, onu kadrın mərkəzində saxlayır, videozənglərin keyfiyyətini artırır. Sözügedən funksiyaların birləşməsi virtual ünsiyyət zamanı həmsöhbətlərinizə qüsursuz və peşəkar təəssürat bağışlayacaq. Bundan başqa, faylların axtarışını təmin edən süni intellekt əsaslı Recall aləti təbii dildən istifadə etməklə, sənədləri tez və asan şəkildə tapmağa yardım edir, mouse-ın düyməsini bir dəfə sıxmaqla, faylların idarəsini optimallaşdırır. Eyni zamanda ExpertBook P5, qida profillərinin idarəsi, akumulyator və displey tənzimləmələri, yenilənmə imkanı olan MyASUS proqram təminatı ilə birgə tədarük edilir.
47 TOPS hüdudunda məhsuldarlıq təmin edən neyron prosessoru, Süni intellektin qarşısına qoyulan tapşırıqların emalının lkal şəkildə, yəni qurğu üzərində aparılacağına zəmanət verir. Bu, bulud texnologiyaları ilə bağlı olan konfidensiallıq problemini aradan qaldıraraq, sürəti artırır. Müxtəlif dillər arasında tərcümə, təsvirin təkmilləşdirilməsi və prediktiv mətn çapı intuitiv anlaşılan və təhlükəsiz olmaqla yanaşı, məlumat gizliliyini təmin edir. ExpertBook P5, Süni İntellektin gündəlik administrativ tapşırıq rutinindən tutmuş, birgə işin optimallaşdırılmasına qədər bütün sahələrdə olan sıravi proseslərə necə inteqrasiya oluna biləcəyini əyani şəkildə nümayiş etdirir.
Məxsusi avtonom iş qabiliyyəti olan portativlik
Güclü parametr və süni intellekt xüsusiyyətləri ilə təmin olunmuş portativlik və funksionallığın nümunəsi olan ExpertBook P5 daim hərəkətdə olan peşəkarlar üçün əla seçimdir.
İstər ofis şəraitində, istər işgüzar səfərdə, istər səyahətdə, istərsə də intensiv görüşlərdə olmağınızdan asılı olmayaraq, noutbukun yığcam dizaynı, onu asanlıqla daşınmağını təmin edir. Bundan əlavə, mütəmadi səyahət şəraitlərinin çətinliyinə tab gətirəcək qədər davamlı olan bu noutbukun təsirli avtonom iş qabiliyyəti nəzərdə tutulub. Beləliklə, ExpertBook P5 öz seqmentindən olan rəqibləri daha bir sahədə üstələyir. Bir dolu akumulyatorla 28 saata qədər (bəzi hallarda 29 saat) avtonom iş təklif edən bu qurğu, asanlıqla gərgin iş qrafikinizin öhdəsindən gələcək. Praktiki istifadə zamanı o, əlavə dolum olmadan, tam iş günü ərzində və hətta əlavə saatlarda belə asanlıqla işləyəcək. Akumulyatorun artırılmış iş qabiliyyəti daim yolda olan istifadəçiləri kritik anlarda elektrik yuva axtarışından azad edəcək. Sürətli dolum imkanı isə ExpertBook P5-in istifadə rahatlığını artıraraq, 0-60% dolumu bir saatdan az müddətə təmin edir. Bu davamlılıq qabiliyyəti ExpertBook P5-i səmərəlilik və etibarlılıq tələb edən peşəkarlar üçün əvəzolunmaz alətə çevirir.
Təhlükəsizlik və bir daha təhlükəszilik
Hər bir istifadəçi əmindir ki, iş üçün nəzərdə tutulmuş noutbuk maksimum təhlükəsizliyə malikdir. Təbii ki, veb-kameradakı məxfilik pərdəsi, Windows Hello, Kensington Nano qıfılı, habelə süni intellektlə işləyərkən məxfi məlumatları buluda göndərmədən, lokal şəkildə işləməyə zəmanət verən yeni prosessor təhlükəsizliyi təmin edən alətlərdir. Lakin, bundan əlavə ExpertBook P5 noutbuku NIST SP 800-155 ilə uyğunlaşan və 5 il ərzində ASUS drayverləri və BIOS-un təhlükəsizlik yeniləmələrini təmin edən kommersiya sinfinə daxil olan BIOS da daxildir. Eyni zamanda noutbuk, işəsalma düyməsi üzərində quraşdırılmış FIDO2 açarlı barmaq izi sensoru ilə sistemə giriş imkanına da malikdir. Hətta bu təhlükəsizlik imkanları sizi qane etməsə belə, ExpertBook P5 noutbuku 1 illik McAfee+ Premium xidmətinə abunəliklə birgə satışa çıxarılır. Deepfake-ları ayırd etməyə qadir olan bu xidmət bir neçə qurğu üzərində istifadə edilə bilər. Təhlükəsizlik imkanlarına SafeGuard Backup və TPM 2 kriptoprosessorunu da əlavə edə bilərik.
ASUS ExpertBook P5 (P5405CSA) noutbukunun qısa texniki xüsusiyyətləri:
Əməliyyat sistemi | Windows 11 Pro, Windows 11 Home |
Prosessor | Intel Core Ultra 7 258V (8 ядер) + 32GB LPDDR5X Intel Core Ultra 7 258V (8 ядер) + 16GB LPDDR5X Intel Core Ultra 5 226V (8 ядер) + 16GB LPDDR5X |
Neyron prosessor | Intel AI Boost NPU до 47 TOPS, Sİ-nin ümumi məhsuldarlıq səviyyəsi — 120 TOPS-dan artıq |
Qrafika | Intel Arc 140V / 130V |
Displey | 14” sensorsuz IPS WQXGA (2560×1600) parıltısız, 144 Hz, 400 cd/m2; rəng nisbəti 1200:1; Ekranın nazik çərçivəsi — ekranın sahəsi ilə nisbətdə 90%, baxış bucağı 178°, rəng tutumu 100% sRGB |
Operativ yaddaş | 16 və ya 32 GB LPDDR5X-8533, prosessora quraşdrılıb (Memory-on-Package) |
Yaddaş | 1x SSD M.2 2280 PCIe 4.0 2 TB-ya qədər; 1x slot M.2 2230 до 1 TB-ya qədər Maksimal həcm 3 TB-ya qədər |
Simsiz qoşulma | WiFi 7 və ya WiFi 6E 2×2 + Bluetooth |
Girişlər | 2 USB-C Thunderbolt 4 (40 Gbit/s DisplayPort və Power Delivery dəstəyi ilə), 2 USB-A 3.2 Gen2, HDMI 2.1, Audio |
İdarəetmə | Maye tökülməsindən müdafiəsi və alt işığı olan keyboard (78 ml), işəsalma düymısinin üzərində yerləşdirilmiş FIDO 2 barmaq izi skaneri
Touchpad (toxunma paneli) |
Əlavə | Pərdəli veb-kamera: infraqırmızı Full HD dəstəkli Windows Hello; MIL-STD810H standartına uyğun testlər, Wi-Fi 6, WakeOnLAN, V-Pro, TPM (opsion), Kensington Nano qıfılı Noutbukun genişləndirilmiş funksiyalarının idarə edilməsi, yenilənməsi və dəstəklənməsi üçün MyASUS PT 2 uzaqməsafəli mikrofonu olan ASUS AI Noise-Canceling intellektual səsboğma sistemi |
Şirkətə məxsus PT | ASUS Control Center (opsion) ASUS Business Manager MyASUS: Sistemin diaqnostikası Təhlükəsiz dolum Ventilyatorların iş rejimi Təsvirin optimallaşdırılması (Splendid) Videonun optimallaşdırılması (Tru2Life) İsti düymələr Wi-Fi rouminqinin optimallaşdırılması AppDeals xidməti Link to MyASUS |
Akumulyator və qidalanma | PC Mark 10 Modern Office-də 28 saata qədər avtonom iş
63 Vt-s batareya; artırılmış xidmət müddəti; 60%-ə qədər dolum 49 dəqiqəyə; |
Ölçü və çəki | 312х223х14,9-16,4 mm; 1,29 kq |
Sİ (süni intellekt) ilə işiniz asanlaşsın!
ExpertBook P5 — yeni Copilot+ standartı ilə hazırlanmış ASUS noutbukudur. O, etibarlılıq, innovasiya və məhsuldarlıq tələb edən istifadəçilər üçün özünü tam təsdiqlədəcək ağıllı sərmayənin nümunəsidir. Məhsuldarlığını artırmaq arzusunda olan peşəkarlar qabaqcıl süni intellekt xüsusiyyətləri, etibarlı təhlükəsizlik və düşünülmüş dizaynın birləşməsini seçir. Harada işləməyinizdən asılı olmayaraq, ExpertBook P5 bütün tələblərinizə asanlıqla uyğunlaşır, iş imkanlarınızı hərtərəfli genişləndirməyə imkan verir.