spot_img
12 февраля, 2025
ДомойТелекомСобытияCOP29 “Cisco” şirkətinin mükafatına layiq görülüb

COP29 “Cisco” şirkətinin mükafatına layiq görülüb

9-14 fevral 2025-ci il tarixlərində Niderland Krallığının Amsterdam şəhərində keçirilmiş «Cisco Live» texnoloji tədbiri dünyanın ən prestijli və nüfuzlu texnoloji tədbirlərindən biri olaraq, Azərbaycanın dövlət və özəl sektorunun 80-dən çox nümayəndə heyətini bir araya gətirmişdir. Tədbirə COP29 Azərbaycan Əməliyyat Şirkətinin İT Departamentinin nümayəndələri ilə yanaşı All in One Technologies şirkəti də dəvət olunub.

Cisco Live — Cisco şirkətinin hər il təşkil etdiyi və texnologiya mütəxəssisləri, IT rəhbərləri, mühəndislər və Cisco məhsullarından istifadə edən müştərilər üçün nəzərdə tutulan beynəlxalq bir tədbirdir. Tədbirin əsas məqsədi, iştirakçıları texnoloji yeniliklərlə tanış etmək, Cisco məhsulları və həlləri haqqında məlumat vermək, eyni zamanda Cisco Live Awards qaliblərinin uğur hekayələrini paylaşmaqdır.

COP29 və Azərbaycan İKT İnfrastrukturunun uğurlu təsviri Cisco Live həm də COP29-un Azərbaycanda necə uğurla həyata keçirildiyini və bu tədbir çərçivəsində yerli mütəxəssislərin cəlb edilməsi ilə qısa zamanda beynəlxalq standartlara cavab verən İKT infrastrukturunun qurulmasını beynəlxalq ictimaiyyətə təqdim etmişdir. Tədbirdə Azərbaycanın yüksək texnologiya sahəsindəki uğurlarını və All in One Technologies şirkətinin verdiyi mühüm tövhələri bir daha dünya səviyyəsində tanıtmışdır.

Cisco Live tədbirinin əsas mərasimlərindən biri də «Davamlı İnkişaf Lideri Mükafatı»-nın təqdimatıdır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası tədbiri —  COP29 Azərbaycan Əməliyyat Şirkəti qalib seçilərək müvafiq mükafatla təltif olunmuşdur. Qeyd edək ki, yalnız yüksək texnologiyalar sənayesində davamlı inkişafı dəstəkləyən və innovativ həllər təqdim edən layihələr bu mükafatla təltif olunur.

Cisco Live tədbiri Azərbaycanın İKT sahəsindəki uğurlarını və innovativ həllərini təqdim etmək üçün əvəzolunmaz bir fürsət təqdim etdi. COP29 İT komandası və All in One Technologies şirkətinin bu uğurlu əməkdaşlıq və töhfələri, Azərbaycanın dünya texnoloji arenasında güclü bir lider olaraq tanınmasına kömək etdi.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,975ФанатыМне нравится
1,018ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -