Counterpoint Research analitik şirkəti dünyada ən çox satılan büdcə smartfonlarının siyahısını dərc edib və mobil bazarın hazırkı dinamikasından danışıb. Göründüyü kimi, siyahı, əsasən 150 dollardan aşağı olan ucuz modellər hesabına genişlənib.
Statistikaya görə, 2024-cü ilin ikinci rübündə dünya üzrə 100 milyondan çox smartfon satılıb ki, bu da əvvəlki illə müqayisədə 10% çoxdur. Eyni zamanda, ən populyar büdcə modellərinin tirajı 2023-cü ilin birinci yarısı ilə müqayisədə 21% artıb.
Bu il ucuz Android qadcetlərinin reytinqinə 4,1% bazar payı ilə Redmi 13C 4G başçılıq edir. İkinci yeri Samsung Galaxy A05 (4%), üçüncü yeri isə Galaxy A15 4G (3,3%) tutub. Reytinqdə dördüncü yerdə eyni Redmi 13C-nin 5G versiyası (2,4%), beşinci yerdə isə Redmi A3 (2,4%) qərarlaşıb.
Siyahıda sonrakı yerlərdə Samsung Galaxy A05s (2,3%), TECNO Spark Go 2024 4G (1,7%) və üç OPPO modeli var: A18 (1,5%), A58 4G (1,4%) və A38 (1,4%).