spot_img
20 сентября, 2024
ДомойТехнологииНоутбукиASUS Zenbook S 16: süni intellektlə iş üçün xüsusiyyətlərin mükəmməl birləşməsi!

ASUS Zenbook S 16: süni intellektlə iş üçün xüsusiyyətlərin mükəmməl birləşməsi!

COMPUTEX 2024 sərgisində ASUS E-Ink rəgnli displeyli Dali noutbuku da daxil olmaqla, bir sıra yeniliklər təqdim edib. Lakin bu dəfə biz Microsoft-un bu gün fəal şəkildə təbliğ etdiyi Copilot+ PC konsepti üzərində yaradılan yenilənmiş Zenbook S 16 (UM5606) noutbukundan danışırıq. Bu, bazarda Qualcomm prosessorlarına əsaslanmayan ilk modellərdən biri olub, bulud texnologiyasına əsaslanmayan cihaz daxilində süni intellektlə işləmək üçün rəngarəng perspektivlər vəd edən birinci noutbuk dalğasıdır.

Süni intellekt tapşırıqları ilə görünməmiş iş səviyyəsi

ASUS Zenbook S 16 (UM5606) 4 nanometr AMD Ryzen AI 9 365 (10 nüvə, 5,0 GHz-ə qədər, 34 MB keş, TDP 15-45 Vt, Radeon 880M qrafikası, 77 TOPS-a qədər) və ya AMD Ryzen AI 9 HX 370 (12 nüvə, 5,1 Hz-ə qədər, 36 MB keş, TDP 15-45 Vt, Radeon 890M qrafikası, 81 TOPS-a qədər) prosessorları ilə iki konfiqurasiyada əlçatandır. Bu mobil prosessorlar RDNA 3.5 qrafikası və yüksəksürətli XDNA 2 neyron modulu ilə təchiz edilmiş ən yeni Zen 5 arxitekturası üzərində qurulub və bu da 50 TOPS (saniyədə trilyonlarla əməliyyat) sürətində süni intellekt problemlərinin həllində ən yüksək məhsuldarlıq təklif edir.

Ceraluminum innovativ texnologiya

Bundan əlavə, ASUS bu innovativ texnologiyanı ilk dəfə 16 düymlük premium sinif qurğular səviyyəsinə daxil olan bu noutbukda tətbiq edib. Zenbook S 16-nın korpusunun hazırlandığı material Ceraluminium adlanır. Bu, istehsal prosesi plazma keramikləşmə yolu ilə həyata keçirilən alüminium oksid keramikasıdır. Bununla belə, alüminiumun yüngülliyi keramikanın möhkəmliyini və davamlılığını əldə edir. Örtük tutqun və toxunuşa xoşdur, barmaq izlərinə, çirkllənmə, pozulma və köhnəlməyə davamlıdır. Bundan əlavə, bu cür örtüyün istehsal prosesi ekoloji cəhətdən olduqca ziyansızdır. Bu inanılmaz dərəcədə nazik (1,1 sm) və yüngül (1,5 kq) noutbukun belə böyük ekran diaqonalına malik olduğunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, o, səyahət üçün mükəmməldir. Ümumiyyətlə Zenbook noutbuklarının bütün xəttinin dizayn keyfiyyəti, möhkəmliyi və davamlılığı onun MIL-STD 810H hərbi etibarlılıq standartına uyğunluğunu göstərən sertifikat ilə təsdiqlənir.

Ən heyrətamiz OLED-displey

Biz ASUS Lumina OLED displeylərinin üstün imkanları haqqında dəfələrlə yazmışıq. Bunlar, 100% DCI-P3 kinematik rəng ötürücülüyü də daxil olmaqla, inanılmaz dərəcədə detallı, real görüntülər əks etdirmək üçün təkmilləşdirilmiş rəng dəqiqliyi, ağıllı şəkil tənzimləmələri və gücləndirilmiş etibarlılığı özündə əks etdirən sənaye lideri sinfinə daxil olan OLED displeylərdir. Bu da o deməkdir ki, bütün çalarlar adi displeylərə nisbətən daha dolğun və aydın görünür.

Qeyd edək ki, OLED displeylər LCD displeylərə nisbətən 70% daha az zərərli mavi işıq yaydığı üçün, gözlər üçün daha rahatdır (bu, TUV Rheinland Low Blue işıq və SGS sertifikatları ilə təsdiqlənir), həmçinin uşaqların görmə qabiliyyətini qoruduğundan, daha təhlükəsizdir. Bundan əlavə, ASUS noutbuklarında OLED displeylər yüksək rəng dəqiqliyi üçün Pantone Rəng İnstitutu tərəfindən sertifikatlaşdırılıb. Əlavə olaraq, ASUS noutbuklarında OLED rəng ötürücülüyünün dəqiqliyi, ekranın işıqlanma səviyyəsindən asılı deyil. OLED displeylər ən yüksək kontrast səviyyələrinə və ultra aşağı cavablama müddətinə (1000.000:1 və 0,2 ms, klassik LCD displeylərdən xeyli yüksəkdir) malik olub, VESA DisplayHDR 500 sertifikatı alıb.

Bu displeydə qara rəng həqiqətən qara görünür. Zenbook S 16-nın 3K təsvir ölçüsü, 120 Hz yeniləmə tezliyi, HDR və Dolby Vision dəstəyi ilə 16 düymlük OLED displeydən istifadə etdiyini nəzərə alsaq, cihaz foto və video materialların peşəkar şəkildə işlənməsi, eləcə də istənilən multimedianın nümayişi üçün idealdır. Altı dinamikli Harman Kardon audio sistemi isə izləməni daha zövqlü edir.

Əlavə imkanlar

ASUS Zenbook S 16 24 və ya 32 GB tutumlu yüksəksürətli ikikanallı LPDDR5X yaddaşı, M.2 formatında 1 və ya 2 TB həcmi olan sürətli PCIe SSD diski, həmçinin əvvəlki nəsil modullardan demək olar ki, 5 dəfə daha sürətli işləyən WiFi 7 standart simsiz modulu ilə təchiz edilib. Noutbuk tam port dəsti ilə təmin edilib: modelin USB-A 3.2 Gen 2 portu, tam ölçülü HDMI konnektoru, habelə əlavə monitorları qoşmaq və yüksək sürətlə cihazları doldurmaq üçün iki USB 4.0 Type-C portu, tam ölçülü SD kart oxuyucusu və audio yuvası mövcuddur.

Cihaz tam ölçülü, alt işıqlı ErgoSense klaviaturası və Microsoft-un AI köməkçisinə sürətli çıxış üçün xüsusi Copilot düyməsinə malikdir. Klaviaturada rahat yazmaq üçün masaüstü kompüterərdə olduğu kimi artırılmış düymə addımı (19 mm) və 1,4 mm düymə hərəkəti var. Cihaz, həmçinin gündəlik işi asanlaşdıran Smart Gesture texnologiyalı iri sensor panelə malikdir. Barmağınızı sadəcə toxunma panelinin kənarları boyunca sürüşdürməklə, cəld və asanlıqla ekranın parlaqlığını, səsin səviyyəsini və videonun oxudulmasını idarə edə bilərsiniz.

Noutbuk süni intellekt elementləri olan ASUS AiSense infraqırmızı veb-kamera ilə təchiz edilib. Gizlilik pərdəsi ilə təchiz edilmiş veb-kamera Windows Hello ilə sürətli istifadəçi autentifikasiyasını, ekranın adaptiv qaralması və sönməsi, göz izləmə vasitəsiylə ekranın adaptiv bloklanması, həmçinin video çəkiliş zamanı üçölçülü 3DNR səsboğmanı və işıq korreksiyasını dəstəkləyir. Tez-tez video konfranslara qoşulanlar da üç mikrofondan ibarət ASUS süni intellektlə səsboğma sistemindən yararlana biləcəklər.

Həcmi 78 vatt-saat olan batareya ilə Zenbook S 16-nın maksimum avtonom iş imkanı 20 saata çatır. Noutbuku dəstə daxil olan 65 Vt gücündə qida bloku, mobil batareya və ya smartfonun şarj cihazından (5-20 V-a qədər) doldurumaq olar. İstehsalçı həmçinin batareyanın ömrünü 1200 dolma-boşaltma dövrünə qədər artırıb. Soyutma üçün ASUS Zenbook S 16 buxarlanma kamerası olan demək olar ki, səssiz (yüngül yüklərdə 25 dB) ikili ventilyatorlu soyutma sistemindən istifadə edir.

ASUS Zenbook S 16 (UM5606) qısa texniki xüsusiyyətləri:

Əməliyyat sistemi Windows 11 Домашняя/Pro
Prosessor AMD Ryzen™ AI 9 HX 370 (12 nüvə, 24 axın; 5,1 Hhz qədər), AMD Ryzen AI 81 TOPS-a qədər

AMD Ryzen™ AI 9 365 (10 nüvə, 20 axı; 5,0 Hhz qədər), AMD Ryzen AI 77 TOPS-a qədər

Neyron prosessor (Sİ-sürətləndirici) XDNA, 50 TOPS
Qrafika AMD Radeon 890M Graphics
Displey 16.0” 16:10 OLED 3K (2880×1800) 120 Hz, 400 cd/m2 parlaqlıq, 550 cd/m2 maksimum parlaqlıq, 1000.000:1 kontrast nisbəti, 0.2 ms cavablama müddəti, HDR True Black 500 dərinliyə qədər ekran 1,07 milyard, Pantone Validated və SGS sertifikatlı, parlaq, sensorsuz, 70% az göy işıq, 90% ekran sahəsi nisbəti, geniş baxış bucaqları; DCI-P3 əhatə dairəsi 100%

OLED 3K opsional-sensorlu displey

İkinci displey yox
Operativ yaddaş 24 və ya 32 GBLPDDR5X-7500 platanın üzərində
Yaddaş (doldurucu) SSD 1/2 TBPCIe 4.0 Performance SSD
Girişlər 2 USB 4.0 Gen3 Type-C (displey, dolum Power Delivery)
1 USB-A 3.2 Gen2
1 HDMI 2.1 TDMS
audiogiriş 3,5-mm
kart oxuyucusu SD 4.0
İnterfeys Wi-Fi 7 (802.11be) 3 diapazon 2×2, Bluetooth 5.4
Windows Hello dəstəkləyən gizlilik pərdəli FHD infraqırmızı kamera
Firma Proqram Təminatı
MyASUS
ScreenXpert
GlideX

 

Displeyin rəng məkanının seçimi

ASUS OLED Care displey müdafiəsi

Sistemin diaqnostikası və yenilənmə

Təhlükəsiz dolum

Ventilyatorların iş rejimi

Təsvirin optimallaşması (Splendid)

Videonun optimallaşması (Tru2Life)

İsti düymələr

Wi-Fi rouminqinin optimallaşması

AppDeals xidməti

Link to MyASUS

İdarəetmə Membranlı alt işıqlı klaviatura
Düymə dərinliyi 1,1 mm
Copilot rəqəmsal köməkçinin çağırış düyməsi
Yüksək dəqiqliyi olan taçpəd
Digər FHD İQ ASUS AiSense kamerası
Harman/kardon audiosistemi с 4-полосными динамиками
Mikrofonlar massivi
US MIL-STD 810H hərbi təyinatlı standart
Batareya və qidalanma 20 saata qədər avtonom iş; tez dolum (0-60% 49 dəqiqəyə);
78 Vts, 4 yuva; Qida Bloku 65 Vt USB-C
Mobil akumulyatordan və 5-20 В dolum qurğusundan doldurmaq imkanı Power Delivery dəstəklənməsi
Ölçü və çəki

Rəng

356х243х11,9-12,9 mm; 1,50 kq
Boz

 

Copilot+ PC mövzusuna qayıdaraq

ASUS noutbuk xəttində Copilot+ PC imkanları ilə təmin olunan ilk cihaz Vivobook S15-dir. Onların əksəriyyəti gözlənilən əməliyyat sistemi yeniləməsindən sonra Zenbook S 16-da da quraşdırılacaq. Mətnlərin real zaman rejimində tərcüməsi, istifadəçinin istəyi ilə iş masasının məzmununu təhlil edən Recall funksiyası, Windows Studio effektləri, Paint-də Cocreator, Photos-da şəkil yaratma və daha çox imkan mövcud olacaq. Lakin artıq indi noutbukda ASUS AI tətbiqlərinin maraqlı dəsti var. Məsələn, buludda və lokal yaddaşda foto və videoların sürətli axtarışı, ixracı/idxalı və nizamlanması üçün StoryCube da yer alıb. MuseTree tətbiqi isə İnternet bağlantısına ehtiyac olmadan şəkillər yaradır, tapşırığın yalnız mətn daxil edilməsi də daxil olmaqla, ideya xəritəsini və hətta əl ilə çəkilən eskizləri dəstəkləyir. Bundan əlavə, Zenbook S 16 təhlükəsizlik və səs keyfiyyəti üçün quraşdırılmış proqramlara, məhsuldarlığı optimallaşdırmaq, smartfona qoşulmaq, diaqnostika və texniki dəstək üçün proqramlar və yardımçı tətbiqlər dəstinə malikdir. Mülkiyyət proqram paketi həmçinin şirkətin bütün noutbuklarında istifadə olunan MyASUS proqramı kimi element də daxildir.

Zenbook S 16 kimin üçün yaradılıb?

Zenbook S 16 — mükəmməl xüsusiyyətləri heyrətamiz dizaynla birləşdirən ultra nazik, 16 düymlük ASUS AI noutbukudur. Onu yaradarkən, istehsalçı təbiətdən ilhamlanaraq, cəlbedici çalarlarda təqdim olunan davamlı Seraluminium keramika materialına müraciət edib. Premium Zenbook S xəttinə aid olan noutbuk, xüsusi olaraq süni intellekt zəmanəsinə uyğun şəkildə hazırlandığından, gündəlik biznes tapşırıqları və çevik istifadə üçün nəzərdə tutulub. Böyük 16 düymluq displeyə baxmayaraq, yeni Zenbook S 16-nın çəkisi cəmi 1,5 kq, qalınlığı isə təxminən 11 mm-dir. Beləliklə, bu modelin ölçüləri və çəkisi 13 düymlük noutbukdan fərqlənmədiyindən, əksər istifadəçilər üçün əla seçimdir. Ev və ya biznes istifadəsi üçün yüngül, iri ekranlı, süni intellektlə təchiz edilmiş noutbuk axtarırsınızsa, bu modeli seçməlisiniz!

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,005ФанатыМне нравится
1,012ЧитателиЧитать
3,086ЧитателиЧитать
713ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -