Android Headlines portalı insayder Digital Chat Station-a istinadən məlumat verdi ki, qatlana bilən OnePlus Open 2 cihazı Qualcomm Snapdragon 8 Gen 4 prosessoru və 6000 mAh batareya alacaq. Smartfon gələn ilin birinci rübündə satışa çıxarılacaq.
Müqayisə üçün qeyd edək ki, OnePlus Open 4805 mAh batareyaya malikdir və qatlanan smartfonlar arasında lider indi 5150 mAh batareyaya malik Honor Magiv V3 modelidir.