spot_img
21 ноября, 2024
ДомойТехнологииНоутбукиASUS ROG Zephyrus G16 - Republic of Gamers xəttinin ilk OLED-noutbuku

ASUS ROG Zephyrus G16 — Republic of Gamers xəttinin ilk OLED-noutbuku

CES sərgisi hər il növbəti 12 ay ərzində bütün bazar trendlərini müəyyən edəcək yeni məhsulların təqdimat platformasına çevrilir. ASUS ənənəvi olaraq stendinin qonaqlarını təəccübləndirməyə nail oldu. Təqdimat çərçivəsində Zenbook Duo (2024), ZenScreen Fold OLED kimi innovativ qurğuları və bir sıra digər həlləri anons edilib. Şirkətin, xüsusi olaraq geymer auditoriyasına hesablanmış Republic of Gamers (ROG) noutbukları xəttinə aid yeniliklər də istisna deyil. 2006-cı ildə yaradılmış ROG brend, ana platalar, qrafik kartları, noutbuklar, masaüstü kompüterlər, monitorlar, audio avadanlığı, marşrutlayııcılar və digər qurğular da daxil olmaqla, bir çox məhsul kateqoriyalarını əhatə edir. ASUS şirkəti məhz bu brendlə ən böyük eSports turnirlərinin sponsoru kimi çıxış edərək, qlobal oyun ictimaiyyətinin həyatında fəal iştirak edir. Məhz ROG seriyalı cihazlar üzərindən yüzlərlə dünya overclock — artırılma rekordları müəyyən edilib.

Bu gün biz ASUS ROG Zephyrus G16 noutbukunun innovativ ideyaların istifadəsinin ikinci iterasiyasına aid olan OLED paneli ilə təchiz edilmiş ilk ROG noutbuklarından birinə nəzər salırıq. Yenilik daha çox güc, üstün səmərəlilik və yeni NPU vəd edən süni intellektə yönəlmiş yeni Intel Meteor Lake prosessorları ilə təchiz edilmiş noutbukların ilk dalğasına aiddir. İstehsalçınınqəliz redizaynını da nəzərə alsaq, yeniliyi geymer noutbukları xəttinin öncül nümayəndəsi adlandıra bilərik. Noutbuk 5,1 GHs-ə qədər tezliyə malik Intel Core Ultra 9 185H prosessoru, maksimum 32 GB əməliyyat yaddaşı və 2 TB-a qədər həcmi olan əlavə yaddaş saxlancı — SSD ilə təqdim olunacaq. Yeniliyin bir neçə konfiqurasiyalı variantı nəzərdə tutulub. Quraşdırılmış Intel Arc Graphics qrafikasından əlavə olaraq, ROG Zephyrus G16 üstün konfiqurasiyalı NVIDIA GeForce RTX 4090 qrafik kartı ilə təchiz edilib. Nəhayət, istehsalçı 2560×1600 piksel təsvir ölçülü 16 düymlük ASUS Nebula OLED panelli və 240 Hz yeniləmə sürətli model və ya eyni icazə və yeniləmə sürətinə malik 16 düymlük TFT ekranlı model seçmək imkanı təqdim edir.

Dizayn və mövqe

ROG Zephyrus xəttinə daxil olan qurğular nazik, yüngül və eyni zamanda yüksək səmərəliliyə malik geymer noutbuklarıdır. Zephyrus seriyasının laptopları yalnız oyunlar üçün deyil, həm də gündəlik işlərin icrası zamanı mükəmməl universallığı seçilir. Geniş imkanlar, yüksək keyfiyyətli ROG Nebula OLED matrisi və tam ölçülü klaviatura istifadəçilərə maksimum rahatlıqla müxtəlif tapşırıqları yerinə yetirməyə imkan verir. Zephyrus seriyası həmçinin media məzmununun yaradıcıları və redaktorları, proqramçılar, rəssamlar və hətta portativ, dəbdəbəli, lakin güclü cihaz axtaran bütün istifadəçilərə tövsiyə olunur.

Laptopu açarkən alüminium altlıq üzərində yerləşdirilmiş iki dinamik arasında quraşdırılmış tam ölçülü RGB klaviaturasını görürük. ROG Zephyrus G16-nın daxili akustik sistemi, 100Hz-də dərin bas (səsləri) ötürməyə qadir aşağı tezlikli dinamikləri sayəsində aydın, güclü səs təqdim edir. Klaviaturanın alt hissəsində iri trackpad yerləşdirilib. Noutbuk korpusu davamlı alüminium ərintisindən yüksək dəqiqlikli CNC (rəqəmsal kompüter idarəetməsi) dəzgahında hazırlanıb. İstehsal prosesi qumlama, cilalama və anodlaşma da daxil olmaqla 8 mərhələdə aparılır. Klaviatura, touchpad və dinamiklər üçün yuvalar yüksək dəqiqliklə kəsildiyindən, bütün komponentləri gövdəni tam doldurmaqla, maksimum yığcam yerləşdirmək mümkün olub. Quraşdırılmış dinamiklər əvvəlki nəsil modeldə olduğundan 25% böyük olub, 100 Hz-ə qədər aşağı tezlikləri səsləndirməyə qadirdir. Səsi artırmaq imaknı isə 47% artırılıb. Yenilənmiş Zephyrus G16 noutbuku, həmçinin daha iri düymə qapaqları və daha böyük sensor panel ilə təchiz edilib. Bütün modifikasiyalara baxmayaraq, ASUS, noutbukun qalınlığını əvvəlki modellə müqayisədə 25% daha incəltməyə nail olub. Bu model heyrətamiz səmərəlilik nümayiş etdirsə də, noutbukun qalınlığı cəmi 1,49 sm, çəkisi isə 1,85 kq-dır.

Gövdənin dizaynında yeni Platinum White rəngi tətbiq edilib. Dizaynerləri ilhamlandıran platin, noutbuka premium görünüş bəxş edir. Bundan əlavə, ASUS, 2014-cü ilin modelində fərdi şəkildə tənzimlənən kiçik işıqlardan ibarət Anime Matrix qapağını təkmilləşdirərək, yeni modeldə daha sadə görünüşə üstünlük verib. Lakin, bu o demək deyil ki, yeni model üzərindən “işıq şousu” əlçatmaz olacaq. Yeniliyin alüminium qapağı Slash LED-ləri ilə iki hissəyə bölünür və noutbuku unikal edəcək rənglərin tənzimlənməsi və dinamik işıqlandırma effektlərini dəstəkləyir.

ROG-un Nebula OLED-displeyli ilk noutbuku

Zephyrus G16 — ROG-un 240Hz yeniləmə tezliyi ilə dəbdəbəli 2,5K OLED displeyə malik ilk oyun noutbukudur. Yüksək piksel sıxlığı sayəsində 2,5K icazəli displeyi istənilən kontenti əks etdirərkən, inanılmaz təfərrüatlı təsvirlər təqdim edir, ən dinamik oyunlarda belə üstün qrafika keyfiyyətini nümayiş etdirir. Samsung və NVIDIA şirkətləri ilə əməkdaşlığı sayəsində, OLED-panellər, geymer xüsusiyyətləri ilə təchiz olunub və hərəkətli obyektlərin məxsusi dəqiqliyini təmin edən G-SYNC texnologiyası tərəfindən dəstəklənir. 16:10 nisbətli displey, VESA DisplayHDR True Black 500 sertifikatı və heyrətamiz 1.000.000:1 kontrast nisbətinə malikdir. OLED texnologiyası əsl qara rəngi əks etdirdiyindən, HDR kontent bu displeylərdə əla görünür. 100% DCI-P3 rəng əhatə dairəsi və yüksək rəngötürmə dəqiqliyi olan (Delta-E rəngötürmə dəqiqliyinin səhv buraxmaq əmsalı 1-dən aşağıdır) noutbuk, media kontenti ilə işləmək üçün mükəmməldir. Geymerlər üçün minimum cavablama müddəti də vacib olacaq. GtG (grey to grey) cavablama tezliyinin 0,2 ms-yə bərabər olması geymerləri razı salacaq. Matris Dolby Vision texnologiyasını dəstəklədiyindən, rəngləri istifadəçinin istəyinə uyğun şəkildə tənzimləmək mümkündür.

Məhsuldarlıq və supersəmərəli soyutma

Öncül komplektasiyada buraxılan ASUS ROG Zephyrus G16 11 TOPs məhsuldarlığı olan süni intellekt alqoritmli Intel Core Ultra 9 185H neyron prosessoru və noutbuklar üçün flaqman NVIDIA GeForce RTX 4090 (95W+20W Dynamic Boost TGP) video kartı ilə təchiz olunub. Bu konfiqurasiya ən son oyunlarda və yaradıcı tətbiqlərdə əla məhsuldarlıq təmin edir. Omniverse platformasının və Stable Diffusion neyron şəbəkəsinin dəstəyi sayəsində müvafiq bulud xidmətlərindən uzun növbələri gözləmədən, birbaşa noutbukda istifadə etmək mümkündür. Süni intellekt texnologiyaları video və 3D təsvirlərin renderingi prosesini 2 dəfədən çox sürətləndirir, eyni zamanda daha qənaətcil enerji sərfiyyatına töhfə verir. NPU, süni intellekt alqoritmlərindən daha sürətli nəticələr təqdim edir, mərkəzi və qrafik prosessorların yükünü öz üzərinə götürməklə, ümumi səmərəliliyi artırır.

Sınaqlar zamanı ASUS ROG Zephyrus G16 olduqca yüksək nəticələr nümayiş etdirib. O, tələbkar oyunların öhdəsindən gəlir və hətta təkmilləşdirilmiş oyun təcrübəsi üçün şüa izləməni dəstəkləyir. Maraqlısı odur ki, sınaqlar boyunca qurğu demək olar ki, qızmayıb. Ultra nazik oyun noutbukları üçün soyutma vacib olduğundan, Zephyrus G16 qabaqcıl, ROG Ağıllı Soyutma Sistemi kompleksi ilə tchiz edilib. Hərarəti azaltmaq üçün istehsalçı ikinci nəsil Arc Flow ventilyatorundan və mərkəzi prosessor üçün yüksək səmərəli maye metallı termal interfeysdən istifadə edib. Əlavə üçüncü ventilyator isti havanı qrafik prosessor və digər komponentlər gövdədən kənara ötürür. NVIDIA GeForce RTX 4080 və ya NVIDIA GeForce RTX 4090 video kartları ilə təchiz edilmiş Zephyrus G16 konfiqurasiyalarına güclü komponentləri soyutmaq üçün nəzərdə tutulan buxar kamerası və ikili ventilyator da quraşdırılıb.

ASUS ROG Zephyrus G16 (GU605) modelinin texniki xüsusiyyətləri:

Prosessor Intel Core Ultra 9 185H
(14 nüvə, süni intellekt alqprtimli 11 TOPs məhsuldarlığı olan neyroprosessor)
Qrafika Noutbuklar üçün nəzərdə tutulan NVIDIA GeForce RTX 4090 videokart
Maksimal termopaket – 115 Vt (Dynamic Boost texnologiyalı)
Əməliyyat sistemi Windows 11 Pro
Displey 16 düym, ROG Nebula, OLED, 2.5K (2560×1600), 240 Hz / 0,2 ms, 100% DCI-P3, G-SYNC dəstəklənməsi
VESA DisplayHDR True Black 500 sertifikatlaşması
Pantone Validated, Delta E[1] <1 sertifikatlaşması
Dolby Vision
Operativ yaddaş 32 GB-ya qədər LPDDR5X-7467 MHz əməliyyat yaddaşı (quraşdırılmış)
Yaddaş qurğusu 4 TB-a qədər həcmi və M.2 PCIe interfeysi olan SSD 2280 (2 TB + 2 TB)
Klaviatura RGB-alt işıqlı 1 bölüm
Səs sistemi Stereodinamiklər
İntellektual güclındirici
Dolby Atmos
Hi-Res Audio
İkitərəfli intellektual səsboğucu sistem
WiFi / Bluetooth WiFi 6E (802.11ax)
Bluetooth v5.3
Giriş/çıxış portları 1 x Thunderbolt 4
1 X USB4 (DisplayPort / Power Delivery dəstəklənməsi)
2 x Type-A USB 3.2 Gen2
1 x HDMI 2.1
1 x SD yaddaş kartı slotu (UHS-II)
1 x audiogiriş
Akumulyator 90 Vt·s
Ölçüsü 35,4 x 24,6 x 1,49 ~ 1,74 sm
Çəkisi 1,85 kq

 

Ümumi nəticə

İncə, güclü və nəhəng potensiala malik ASUS ROG Zephyrus G16 ən yaxşı geymer noutbuklarından biri adına iddialıdır. Qurğunun süni intellekt imkanlarına malik olan hissəsi böyük maraq doğurur, redizayn isə diqqəti çəkir. Bu zərif sistemi uzaq səfərə belə kpməkçi qismində götürmək mümkündür. NVIDIA GeForce RTX 4090 isə istifadəçilərə yolda belə oyun oynamağa imkan verir. 2024-cü ilin modeli daha incə və yüngül olsa da, şirkət, noutbuku digər oyun cihazlarından fərqləndirən məxsusi üslubu və individuallığını qorumağa müvəffəq olub. Bütöv alüminium gövdə şəklində hazırlanmış qurğu, gücü və zərifliyi mükəmməl şəkildə özündə birləşdirir. Öncül konfiqurasiyalarda üç ventilyatorlu və en boyunca quraşdırılmış radiatorlu təkmil soyutma sistemi və buxar kamerası vasitəsiylə əsas komponentləri daha da soyuq saxlamağa kömək edir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -