spot_img
27 апреля, 2024
ДомойТехнологииСмартфоныMeizu 22 və Meizu 23 olmayacaq: şirkət ənənəvi smartfon istehsalını dayandırır

Meizu 22 və Meizu 23 olmayacaq: şirkət ənənəvi smartfon istehsalını dayandırır

Meizu bu gün mühüm açıqlama verdi: şirkət ənənəvi smartfonların inkişafını və istehsalını dayandırır.

Nə gözləmək olar

Meizu hesab edir ki, müasir bazar hazırda durğunluq yaşayır. Buna görə də şirkət ənənəvi telefonlarda heç bir perspektiv görmür və onlardan tamamilə imtina edir. Düzünü desək, bu xəbər tam sürpriz olmadı, çünki son vaxtlar Meizu getdikcə daha az smartfon istehsal etməyə başladı və mövcud olan ihazlar is çox da populyar deyildi.

Mövcud layihələr, yəni Meizu 21 PRO, Meizu 22 və Meizu 23, inkişafın müxtəlif mərhələlərində olmasına baxmayaraq, tamamilə dayandırılıb.

Eyni zamanda, şirkət artıq buraxılmış smartfonları dəstəkləməyə davam edəcəyini vəd edir və mövcud xidmət və məhsulların (Flyme OS, Flyme Auto, Flyme AR və s.) dəyişməz qalacağını təmin edir.

İstehsalçı indi nə edəcək? Meizu, perspektivli hesab etdiyi süni intellekt texnologiyalarına diqqət yetirəcək. Bunun nə olacağı hələ bəlli deyil, lakin şirkət bu il süni intellektə malik ilk cihazını təqdim etməyi planlaşdırır. Həmçinin 2025 və 2026-cı illərdə süni intellektlə təkmilləşdirilmiş qadcetlərin təqdimatı da olacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,048ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -