Cənubi Koreyanın The Elec nəşrinin məlumatına görə, LG Display və Samsung zavodları gələcək Apple planşet modelləri üçün OLED panellərin kütləvi istehsalına başlayıblar. Mənbə iddia edir ki, söhbət 11 və 13 düym diaqonallı ekranlı iPad-in Pro versiyalarından gedir.
İnsayderlər hər iki gələcək yeni məhsulları Apple M3 prosessoru ilə əlaqələndirirlər və onların qiymətinin daha bahalı matrislərin istifadəsi səbəbindən sələfləri ilə müqayisədə xeyli artacağı gözlənilir. Qadcetlərin təqdimatının bu ilin ikinci rübündə baş tutacağı gözlənilir.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az