Məşhur AnTuTu bençmarkının komandası ən yüksək istifadəçi məmnuniyyəti reytinqini alan iOS əməliyyat sistemi əsasında Apple mobil cihazlarının yeni reytinqini dərc edib. 2023-cü ilin noyabr ayının sonuna olan məlumata görə, ən son iPhone 15 smartfonlarının satışlarının ilk aylarını ümumiləşdirmək mümkündür.
İkinci yerdə 2020-ci ilin sentyabrında debüt edən iPad Air 4 planşeti (96,4%) qərarlaşıb. Üçüncü yerdə isə 3 il qabaq debüt edən 95,91%-lə yığcam iPhone 12 mini-dir.
İlk onluğu iPhone SE2, iPad Pro 4 (12,9 düym), iPad Pro 3 (11 düym), iPad Air 5, iPad mini 5 və «əməkdar veteran» iPhone 8 tamamlayır. 11-20-ci yerlərdə bu cihazlar qərarlaşıblar:
- iPad Pro (11 düym) — 93,07%;
- iPad Pro 5 (12,9 düym) — 92,67%;
- iPhone 13 mini — 91,84%;
- iPad Pro 3 (12,9 düym) — 91,43%;
- iPhone 11 Pro — 91,13%;
- iPad 8 — 90,49%;
- iPad Air 3 — 90,1%;
- iPhone 11 Pro Max — 89,64%;
- iPhone SE3 — 89,45%.
iPhone XS Max və iPhone 11 ilk 20-ci yerlərdən yoxa çıxıblar. 84,23% müsbət rəylə 32-ci yeri tutan iPhone 15 Pro Max reytinqdə bütün iPhone 15 seriyasınında olan smartfonları qerida qoyub. iPhone 15 Pro 38-ci, iPhone 15 Plus 40-cı, iPhone 15 isə 42-ci yeri tutub.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az