İnsayder Evan Blass, Xiaomi 14 və 14 Pro smartfonlarının yeni Leica Summilux linzalarına sahib olacağını bildirdi. Sparrows News portalının məlumatına görə isə, bunlar Xiaomi smartfonlarında istifadə edilən ən yaxşı linzalardır.
Xatırladaq ki, Xiaomi şirkətinin baş direktoru bu yaxınlarda gələcək smartfonlar haqqında danışmışdı, ondan əvvəl isə qabaqcıl flaqmanın əsas versiyasının ətraflı xüsusiyyətləri internetdə ortaya çıxmışdı.
Yeni məhsulların təqdimatı oktyabrın 27-də baş tutmalıdır.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az