Bloomberg-dən Mark Qurmanın son sızmasına görə, Apple 2023-cü ilin oktyabrında yeni Mac-ları elan etməyə hazırlaşır.
Bu, M3 prosessoru ilə təchiz edilmiş çoxdan gözlənilən iMac-a da aiddir. Ehtimal ki, bu, iPhone 15-in təqdimatından sonra baş verə bilər. Qeyd edək ki, Qurman bundan əvvəl M3 prosessorlu yeni iMac-in bu ilin sonunda gözlənildiyini bildirmişdi.
İnsayder xəbərdarlıq edib ki, bu proqnoza ehtiyatla yanaşmaq lazımdır. Eyni zamanda, elan üçün çox uyğun bir zaman intervalına işarə edir.
Məsələ burasındadır ki, hazırda ən son iMac yeniləməsi iki ildən çox əvvəl baş verib.
Gözlənilir ki, yeni iMac indiki modelin 24 düymlük ekrana malik təkmilləşdirilmiş versiyası ola bilər. Eyni zamanda, forma faktorunun və ekran ölçüsünün dəyişdirilməsi ümidi kimi digər gözləntilər 2024-cü ilin sonuna qədər özünü doğrultmayacaq.
Qeyd edək ki, sızma təsdiqlənərsə, bu, anonslaşdırılmamış m3 çipinə əsaslanan ilk kompüterləri 2023-cü ilin sonuna qədər əldə edəcəyimiz deməkdir.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az