İlon Mask Fransada keçirilən VivaTech tədbirində Neuralink-in bu ilin sonunda öz çipini insanın başına yerləşdirməyi planlaşdırdığını açıqladı. Cihazın ilk istifadəçisi qollarının və ya ayaqlarının iflic (qismən disfunksiyası) olan biri olacaq.
Uğurlu insan sınaqlarından sonra Neuralink çipləri adi istifadəçilərə satmaq üçün lisenziya əldə edə biləcək. Ehtimal olunur ki, qurğu immobilizasiya olunmuş şəxsə düşüncə gücü ilə çipə uyğunlaşdırılmış smartfon və digər elektronikanı idarə etməyə kömək edəcək.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az