Hollandiyanın GalaxyClub portalı Galaxy S23 FE-nin 50 meqapiksellik əsas kamera alacağını bildirib. Digər xüsusiyyətlər haqqında hələlik yeni məlumat yoxdur.
Əvvəllər məlum olmuşdu ki, yenilik 120 Hz yeniləmə tezliyi olan AMOLED displey, Exynos 2200 prosessoru (və ya Snapdragon), 6/8 GB RAM, 128/256 GB daimi yaddaş və 4500 mAh tutumlu akkumulyatora sahib olacaq.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az