spot_img
18 апреля, 2024
ДомойТехнологииСмартфоныMotorola Razr 40: real fotoları, qiyməti və maraqlı faktlar

Motorola Razr 40: real fotoları, qiyməti və maraqlı faktlar

Renderlərlə yanaşı, internetdə hələ təqdim olunmamış qatlanan Motorola Razr 40 smartfonunun rəsmi fotoları da peyda olub. Şirkətin gözlənilən iki qatlanan cihazlarından daha sərfəli olduğu da artıq ortaya çıxıb. Bundan əlavə, qadcetin neçəyə başa gələcəyi məlum olub.

Təqdim olunan fotolarda Motorola Razr 40 korpusunun süni dəri ilə örtüləcəyi aydın görünür. Eyni zamanda, tünd yaşıl versiyada cihazın materialı bənövşəyi və bej versiyalarından fərqli olacaq.

Daha bahalı Razr 40 Ultra-dan fərqli olaraq, sadə Razr 40-da vaxt, hava, musiqi pleyeri və «təqvimdəki hadisələr» kimi yalnız ən vacib məlumatları əks etdirən kiçik xarici ekran olacaq.

Yeni məlumatlara görə, 8+256 GB versiyada olan Motorola Razr 40 899 avroya başa gələcək. Bunun Razr 40 Ultra-nın oxşar modifikasiyasından 300 avro ucuz olduğu güman edilir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -