spot_img
28 апреля, 2024
ДомойТехнологииГаджетыXiaomi Pad 6 və Xiaomi Band 8 cihazlarının təqdimat tarixini açıqlandı

Xiaomi Pad 6 və Xiaomi Band 8 cihazlarının təqdimat tarixini açıqlandı

Xiaomi şirkəti Band 8 fitnes qolbağı və Pad 6 planşetinin rəsmi tizerlərini yayımladı. Görüntülər təkcə elanın tarixini deyil, həm də buraxılışa hazırlaşan yeni məhsulların dizayn xüsusiyyətlərini açıqlayıb.

Şirkət qızıl və qara rənglərdə Band 8 fitnes qolbağını nümayiş etdirib. Təsvirdə göstərilən Pad 6 planşeti isə nazik çərçivələrlə mavi, bej və qara rənglərdə təqdim olunacaq. Bundan əlavə, əsas kameranın böyük modulu diqqəti cəlb edir. Eyni zamanda tizerdə stilus və maqnit klaviaturası da nümayiş etdirilir — ehtimal ki, onlar bir seçim olaraq təklif ediləcəkdir.

Xiaomi cihazların texniki xüsusiyyətlərini açıqlamayıb, lakin etibarlı insayder Digital Chat Station planşetin əsas xüsusiyyətlərini bir gün əvvəl artıq paylaşıb. Yeni qadcetlər aprelin 18-də Bakı vaxtı ilə saat 15:00-da təqdim olunacaq. Daha sonra isə hər iki cihazın qiyməti məlum olacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,048ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -