spot_img
27 апреля, 2024
ДомойТехнологииСмартфоныApple şirkəti Samsung-u öz silahı ilə vuracaq.

Apple şirkəti Samsung-u öz silahı ilə vuracaq.

Şirkət Cənubi Koreyada reklam üçün məşhur K-Pop qrupunu cəlb edib.

Apple öz daxili bazarında Samsung ilə fəal rəqabət aparır. Üstəlik, Cupertino nəhəngi rəqibinin silahından istifadə edir.

Apple Koreyanın məşhur K-Pop qrupu NewJeans ilə əməkdaşlıq etməyə başlayıb. Cənubi Koreyada çox populyardır və Samsung əvvəllər bu cür əməkdaşlığa bir neçə dəfə müraciət edib. Misalçün,BTS ilə birlikdə buraxılan xəttin uğurunu xatırlamaq kifayətdir.

İndi Apple yeni mağazalarından birində kiçik bir studiya açıb. Orada ziyarətçilər məşhur NewJeans OMG mahnısının eksklüziv audio yazısını dinləyə biləcəklər.

Onu da qeyd etmək olar ki, Apple Seulda fəal şəkildə yeni mağazalar açır. Bu il şirkət altıncı mağaza açaraq Cənubi Koreyanın paytaxtında Apple-ın populyarlığını daha da yüksəldəcək.

Bundan əlavə, Cənubi Koreyada Apple Pay istifadəyə verildikdən sonra Samsung şirkəti Samsung Pay-ı Galaxy Watch smart saatlarında istifadəyə vermək barədə fikirləşdi, çünki qəribə də olsa, Apple Pay nədənsə Cənubi Koreyada istifadəyə verilməyib.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,048ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -