spot_img
19 апреля, 2024
ДомойТехнологииСмартфоныMotorola Moto G23: xüsusiyyətləri, qiyməti və təqdimat tarixi

Motorola Moto G23: xüsusiyyətləri, qiyməti və təqdimat tarixi

Moto G13-dən sonra insayderlər Motorola-nın başqa bir ucuz G23 modelinin açıqladılar. Dizayn və texniki xüsusiyyətləri ilə yanaşı, smartfonun təxmini təqdimat tarixi, eləcə də onun satış qiyməti məlum olub.

Mənbələrinin məlumatına görə, Moto G23 90 Hz (20:9, 1600×720 piksel) yeniləmə tezliyi ilə 6,5 düymlük IPS displey alacaq. Cihaz Mali-G52 qrafik çipli MediaTek Helio G85 prosessoru əsasında qurulacaq və 4 GB RAM ilə 128 GB yaddaş tutumu (microSD kartı ilə 1 TB-a qədər genişləndirilə bilər) alacaq.

Smartfonun arxa kamerası üç modul ilə təchiz olunacaq: əsas, genişbucaqlı və makro (müvafiq olaraq 50, 5 və 2 MP), displeyin ön hissəsinə isə 16 MP selfi sensoru quraşdırılacaq. Həmçinin məlum olub ki, qadcet 30 vatt şarj dəstəkləyən 5000 Mah akkumulyator, ikizolaqlı Wi-Fi modulu, güc düyməsində barmaq izi skaneri və su keçirməyən korpus alacaq.

Motorola-nın Moto G23-ni 2023-cü ilin birinci rübündə ağ, boz və mavi rəng sxemində təxminən 216 dollara təqdim edəcəyi gözlənilir. İstehsalçı özü yeniliyi hələ elan etməyib.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -