spot_img
28 марта, 2024
ДомойТехнологииСмартфоныYeni dizaynla iPhone SE 4 smartfonu neçəyə başa gələcək?

Yeni dizaynla iPhone SE 4 smartfonu neçəyə başa gələcək?

Bir sıra insayderlər bildirirlər ki, artıq 2023-cü ilin əvvəlində yeni sərfəli iPhone-un — iPhone SE 4-ün təqdimatı baş tutacaq. Bu da məntiqlidir, çünki hazırkı modelin təqdimatından bir il keçir.

Uzun müddətdir ki, cihaz iPhone XR-in dizaynı ilə müqayisə edilir . Hətta İnternetdə cihazın görünüşünü göstərən yüksək keyfiyyətli renderlər də peyda olub.

İndi Çin mənbələri iPhone SE 4-ün qiymətini açıqlamaq qərarına gəliblər.Onların fikrincə, smartfonun qiyməti təxminən 489 dollar olacaq. Nəzərə alsaq ki, yenilik iPhone 14-ün imkanlarına malik OLED displey ilə təchiz ediləcək, bu, cihaz üçün çox ucuz qiymətdir.

Xatırladaq ki, insayderlərin fikrincə, 2023-cü ildə bizi hələ iPhone 15 Ultra-nın təqdimatı gözləyir — şirkətin tarixində ən yüksək səviyyəli və ən bahalı Apple smartfonu.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -