spot_img
27 апреля, 2024
ДомойТехнологииСмартфоныHonor 80 smartfonu 160 MP əsas sensor ilə təchiz olunacaq

Honor 80 smartfonu 160 MP əsas sensor ilə təchiz olunacaq

Honor yeni smartfonlarını noyabrın 23-də təqdim etməyi planlaşdırır. Təqdimatda yeni Honor 80 seriyasının, eləcə də çevik Honor Vs smartfonlarının nümayiş olunacağı gözlənilir. Hal-hazırda Honor 80 seriyasının smartfonlarının unikal əsas kamera alacağı ilə bağlı təfərrüatlar məlum olub.

İnsayderlər iddia edirlər ki, smartfonlar sensoru 160 MP olan əsas kamera alacaqlar ki, bu da cihazı bazarda digərlərindən daha unikal edəcək – ehtimal ki, artıq mövcud olan 200 MPsensorlara əsaslanan xüsusi sensor olacaq. Selfie kamerası isə 50 MP-lik sensor ilə təchiz ediləcək.

Qualcomm Snapdragon 8 Plus Gen 1 üst səviyyə platforması smartfonların işinə cavabdeh olacaq. Təəssüf ki, insayder Honor 80 Series açar sözündən istifadə edir, ona görə də hansı top modellərdən bəhs etdiyimizi söyləmək hələ də çətindir: Honor 80 Pro və ya Honor 80 Pro Plus. Buna baxmayaraq, Honor 80 və Honor Vs haqqında bütün xüsusiyyətlər tezliklə məlum olacaq, çünki elana iki həftə qalıb.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -