Xiaomi 13 Pro Snapdragon 8 Gen 2 tək çip sistemi üzərində qurulacaq, Leica əsas kamerası və Samsung-dan 6,7 düymlük ekran ilə təchiz olunacaq.
Xiaomi 13 Pro smartfonunun AMOLED ekranı 120Hz yeniləmə tezliyinə və QHD+ təsvir ölçüsünə malik olacaq. «Dəmirə» gəlincə, cihaz 12 GB RAM və 3 GB virtual yaddaşla işləyəcək.
Sənədlərdə potensial yenilik nuwa adlanır, model nömrəsi Çin üçün 2210132C, qlobal bazar üçün isə 2210132G. Təqdimatı noyabrın sonu və ya dekabrın əvvəlində gözlənilir.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az