Motorola şirkəti indi Maui kod adı arxasında gizlənən yeni ucuz smartfon hazırlayır.
Maui — polineziya mifologiyasında mühüm fiqur, yarı tanrı və qəhrəmandır. Ancaq Motorola smartfonunu belə böyük bir adla çətin ki çağırmaq olar.
Məsələn, yeniliyin ürəyi SoC MediaTek Helio G37-dir və orada cəmi 3 GB operativ yaddaş yer tutub.
Həmçinin cihaz çox qalın çərçivəyə malik HD+ ekran, 16 meqapiksellik əsas kamera və 5 meqapiksellik ön kamera ilə təchiz edilib. Göründüyü kimi, bu Moto G xəttinin gənc modellərindən biri sayılır.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az