IDC-nin mütəxəssisləri apardıqları araşdırma nəticəsində smartfon bazarının pis vaxtlarını yaşadıqlarını göstəriblər.
Bunu 2022-ci ilin 3-cü rübündə smartfon tədarükündən görmək olar. Belə ki, bu dövr ərzində cihazların tədarükünün ümumi həcmi cəmi 301,9 milyon ədəd təşkil edib. Kifayət qədər çox say görünür.
Amma faktiki olaraq, bu, eyni dövrdə, lakin 2021-ci ildə tədarük ediləndən 9,7% azdır. Üstəlik, ekspertlərin fikrincə, smartfon bazarı ardıcıl beşinci rübdür ki, azalmaqda davam edir.
Eyni zamanda araşdırma göstərir ki, Samsung 21,2% payla tədarüklərə görə birinci yerdədir. Sonra Apple gəlir — 17,2% Kupertinosun payına düşür. İlk üçlüyü 13,4% ilə Xiaomi qapayır.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az