spot_img
29 марта, 2024
ДомойТехнологииГаджетыOnePlus Nord Watch smart saatlarının qiyməti açıqlandı

OnePlus Nord Watch smart saatlarının qiyməti açıqlandı [FOTO]

OnePlus Nord Watch-ın qablaşdırma qutusunun fotoşəkilləri şəbəkəyə yayıldı, bunun sayəsində isə ağıllı saatın qiyməti, xüsusiyyətləri və görünüşü təqdimatdan bir müddət əvvəl məlum oldu.

Şəkilə əsasən, Hindistanda maksimum pərakəndə satış qiyməti qutuda göstərilib ki, bu da təxminən 88 dollar edir.

Əvvəllər müxtəlif insayderlərdən məlum olmuşdu ki, Nord Watch 60Hz yeniləmə tezliyi və 500 nit parlaqlıq ilə 1,78 düymlük AMOLED ekrana sahib olacaq. Həmçinin, 105 idman rejimi ilə Bluetooth 5.2 dəstəyi alacaq.

Cihaz eləcə də həm Android, həm də iOS cihazları ilə uyğunlaşa biləcək. Batareyanın ömrünün 10 günə qədər, gözləmə rejimində isə 30 günə qədər olduğu bildirilir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -