İlin sonunda Xiaomi şirkəti təkcə Xiaomi 13 flaqmanı deyil, həm də daha sərfəli seriyanı – Redmi Note 12-ni təqdim edə bilər.
Təqdimata hələ vaxt olmasına baxmayaraq, insayderlər qarşıdan gələn yeni məhsul haqqında təfərrüatları artıq paylaşmağa başlayıblar. Belə ki, Digital Chat Station-un məlumatına görə, cihaz aktual seriyaya çox oxşar dizayn alacaq.
Eyni zamanda, Redmi Note 12-nin əsas kamerası üçqat olacaq: 50, 8 və 2 meqapiksel. Həmçinin, smartfon, böyük bir batareya və 120 vatt sürətli şarj dəstəyi alacaq.
Mənbələri həmçinin bildirir ki, Redmi Note 12-nin Çin versiyası 2022-ci ildə təqdim oluna bilərsə, qlobal modifikasiya 2023-cü ilə qədər işıq üzü görməyəcək.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az