Apple şirkəti sentyabr təqdimatında iki yeni məhsul Apple Watch Series 8 və Apple Watch SE təqdim edib. İki saatın arasındakı fərqlərə nəzər salaq.
Apple Watch Series 8-ə daxildir:
- temperatur sensoru;
- qadın sağlamlığını izləmə funksı;
- yeni hiroskop və akselerometr;
- avtomobil qəzasını müəyyən edə bilir və xilasetmə xidməti ilə əlaqə yaradır;
- bir şarj ilə 18 saat işləmə və enerjiyə qənaət funksiyası;
- göy, gümüşü, qırmızı və “Ulduz tozu” rənglərdə mövcuddur;
- beynəlxalq rouminqi dəstəkləri;
- Nike siferblatı.
Qeyd etmək lazımdır ki, dizayn, interfeys və funksiyalarına görəApple Watch SE Series 7-dən fərqlənmir. Satışa sentyabrın 16-dan çıxacaq, qiyməti isə 399 dollar təşkil edəcək.
Apple Watch SE daxildir:
- gümüşü, qara və “Ulduz tozu” rənglərdə mövcuddur;
- yenilənmiş hiroskop və akselerometr;
- avtomobil qəzasının deteksiyası funksiyası.
Dizayn, displey və ölçülərinə görə Series 4, 5, 6-dan fərqlənmir. Satışa sentyabrın 16-sından çıxacaq, qiyməti isə 249 dollar təşkil edəcək.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az