Şayiələrə görə, Sony təxmini 1 düym ölçüsündə yeni 50 meqapiksellik IMX989 kamera sensoru hazırlayıb. Onun Xiaomi 12 Ultra smartfonunda istifadə oluna biləcəyi güman edilir.
İnsayderlərin fikrincə, yeni flaqman smartfon 120 Hz yeniləmə tezliyi ilə 6,73 düymlük 2K AMOLED displey, ən son Snapdragon 8 Gen 1 Plus prosessoru, 120 Vt sürətli şarj ilə 4900 mAh batareya və Android 12 ƏS alacaq.
Cihaz 2022-ci ilin ortalarında bazara çıxa bilər.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az