spot_img
21 ноября, 2024
ДомойТехнологииСмартфоныOPPO Reno8-in dizaynı və texniki xüsusiyyətləri açıqlandı

OPPO Reno8-in dizaynı və texniki xüsusiyyətləri açıqlandı

OPPO Reno 8-in əsas versiyasının fotoşəkili insayder Digital Chat Station tərəfindən yayımlandı. Ola bilsin ki, qadcet gələn ayın əvvəlində Çində buraxılacaq.

Smartfon əvvəlki modelin dizaynını saxlayacaq: displeyin sol tərəfində ön kamera üçün dəlik olacaq. Ekrandakı məlumatlara əsasən, qadcet Adreno 662 qrafik prosessoru ilə dördnüvəli Snapdragon 7 Gen 1 alacaq. Əgər belədirsə, OPPO Reno8 bu çipsetli ilk smartfon olaraq sayıla bilər

Daha əvvəl bildirilmişdi ki, OPPO Reno 8 6,5 düymlük Full HD + 120Hz yeniləmə tezliyi olan OLED displey, Snapdragon 7 Gen 1 prosessoru, LPDDR5 RAM, UFS 3.1 yaddaş və 4500 mAh batareya ilə təchiz ediləcək. Şayiələrə görə, smartfonda həm də 50, 8 və 2 meqapiksellik kamera bloku quraşdırılacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -