İnsayderlərin sözlərinə görə, HP qatlanan noutbuk hazırlayır, onun ekranı açıldıqda diaqonalı 17 düym, qatlananda isə 11 düym olacaq. O, LG-nin qatlanan displeylərində istifadə olunan polimer plyonka ilə örtülmüş 4K displeylə təchiz olunacaq.
Cihaz bu ilin sonunda və ya gələn ilin əvvəlində nümayiş oluna bilər və təqdimatın CES 2023 sərgisində baş verməsi mümkündür.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az