spot_img
22 ноября, 2024
ДомойТехнологииСмартфоны6000 mAh-lıq batareyaya sahib Redmi 10 Power smartfonu təqdim edilib

6000 mAh-lıq batareyaya sahib Redmi 10 Power smartfonu təqdim edilib

    Redmi brendinin Redmi 10 smartfon seriyasına yeni model əlavə edilib. Söhbət, Redmi 10 Power smartfonundan gedir. Adından da bəlli olduğu kimi sözügedən smartfon öz yüksək həcmli batareyası ilə fərqlənir. Bununla yanaşı o, 8 nüvəli Snapdragon prosessoru və təkmilləşdirilmiş kamera ilə təchiz olunub. Beləliklə Redmi 10 Power smartfonu 60 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.71 düym IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib. Bununla yanaşı smartfon ekranı Gorilla Glass 3 qoruyucu şüşəsi əhatə edilib. Barmaq izi skanı texnologiyası smartfonun arxa panelində yerləşir.

    Əsas texniki göstəricilərə gəldikdə isə Redmi 10 Power Snapdragon 680 prosessoru, 8 GB RAM, 128 GB daxili yaddaş həcmi, 50 MP + 2 MP ikili arxa kamera, 5 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Qeyd etmək lazımdır ki, sözügedən smartfon həmçinin RAM yaddaşının virtual şəkildə artırılması funksiyasını dəstəkləyir. Beləliklə smartfonun RAM yaddaşını 11 GB-a kimi yüksəltmək olar. Smartfonda naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogiriş də reallaşdırılıb. Redmi 10 Power MIUI 13 interfeysli Android 11 vasitəsilə çalışır. Smartfon 195$ qiymətində satışa çıxacaq. Satış tarixi barəsində məlumat isə daha sonra veriləcək.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -