spot_img
22 ноября, 2024
ДомойТехнологииСмартфоныMotorola Edge 20-nin təqdimat tarixi və yeni xüsusiyyətləri açıqlandı

Motorola Edge 20-nin təqdimat tarixi və yeni xüsusiyyətləri açıqlandı

İnsayder Evan Blass, Edge 20 smartfonunun baza modeli üçün yaddaş konfiqurasiyalarının siyahısını, həmçinin cihazın gözlənilən təqdimat tarixini və rəng seçimlərini açıqladı.

Mənbənin verdiyi məlumata görə, 8 GB RAM və 128 GB yaddaş tutumu olan gadget üç rəngdə təqdim olunacaq: Frosted White, Electric Graphite və Lagoon Green. 8 GB RAM və 256 GB daxili yaddaşa sahib olan versiya yalnız Frosted Gray rəngdə olacaqdır.

12/256 GB yaddaş konfiqurasiyasına malik modelə gəlincə, Midnight Blue, Blue Vegan Leather və Iridescent White rənglərdə satışa çıxarılacaq.

Məlumata görə, yeni Motorola smartfonlar seriyası üç modeli əhatə edəcək: Edge 20, Edge 20 Lite və Edge 20 Pro və bütün cihazların təqdimatı bu ayın sonunda baş tutacaq. Cihazların qiyməti hələ məlum deyil.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -