Xiaomi-nin vitse-prezidenti Wang Xiang smartfonların qiymətində mümkün artım olduğunu açıqladı. İndi şirkət qiymətləri aşağı salmağa çalışır, amma çip çatışmazlığı səbəbindən alıcılar daha yüksək qiymətlərə hazırlaşmalıdırlar.
Menecer qeyd etdi ki, Xiaomi istehsal proseslərini optimallaşdırmağın yollarını axtarır, lakin bahalaşmanın qarşısını almaq daha da çətinləşir. Bu səbəbdən, cihazların bəzi modellərinin bahalaşma ehtimalı yüksəkdir.
Pandemiya dövründə elektronikaya tələb xeyli artdı və çip istehsalçıları sifarişləri yerinə yetirə bilmirlər. Çip çatışmazlığı ilk növbədə avtomobil sənayesinə təsir etdi.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az