spot_img
23 апреля, 2024
ДомойТехнологииАвтомобилиTesla elektrikli avtomobillərini artıq Bitcoin ilə almaq olar

Tesla elektrikli avtomobillərini artıq Bitcoin ilə almaq olar

Elon Musk Twitter-də yazdı: Tesla artıq bitkoinləri ödəniş kimi qəbul etməyə hazırdır.

İlk dəfə belə bir fikir 2021-ci ilin fevralında elan edildi və nəhayət, şirkət rəhbəri vədinə əməl etdi.

Onun sözlərinə görə, Tesla ödənişləri qəbul etmək üçün yalnız şirkət daxilində hazırlanmış proqram təminatından və açıq mənbəli proqramdan istifadə edəcək. Analitiklərin fikrincə, şirkət əlavə qazanc üçün kriptovalyutanı dollara çevirməyəcək.

Bir ay əvvəl Tesla, o vaxtdan bəri 40% bahalaşan kriptovalyutaya 1,5 milyard dollar sərmayə qoymuşdu. Bitcoin-də ödənişlərin qəbulu, ehtimal ki, şirkətə alıcılar dairəsini əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verəcəkdir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -