spot_img
19 апреля, 2024
ДомойТехнологииСмартфоныApple, iPhone istehsalı planını 20%-dən çox azaldır

Apple, iPhone istehsalı planını 20%-dən çox azaldır

Apple şirkəti 2021-ci ilin ilk yarısında dekabr ayındakı planından təxminən 22% daha az iPhone istehsal etməyi planlaşdırır.

Mənbələrin sözlərinə görə, keçən ilin sonunda Apple tədarükçülərə 2021-ci ilin ilk yarısında 96 milyon smartfon üçün komponent və detal təmin etmələrini söyləyib. Bu rəqəm özündə iPhone12nin bütün seriy-asını, eləcə də iPhone 11 və iPhone SE seriyasını ehtiva edib.

“Hazırda şirkət təxminən 75 milyon cihaz istehsal etməyi planlaşdırır. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə bir qədər yüksək rəqəmdir”, — nəşr qeyd edir. Mənbələrin sözlərinə görə, şirkət tədarükçülərə 2021-ci ildə 230 milyon iPhone buraxmaq niyyətində olduğunu söyləyib, bu isə keçən ilə nisbətən 11% çoxdur.

Eyni zamanda, mənbələr ilin ilk yarısında ən çox iPhone 12 mini istehsalı ilə bağlı planların yenidən nəzərdən keçirildiyini bildirib. “Bəzi tədarükçülərdən hətta sırf mini üçün olan komponentlərin istehsalını müvəqqəti dayandırmaq istənilib. Bəzi komponentlər və detallar isə iPhone 12 Pro və iPhone 12 Pro Max-a yönləndirilib”, — mənbələr Nikkei-yə bilgi ötürüb. Mənbə: Report

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -