OnLeaks insayderinin yaydığı məlumata əsasən OnePlus 7 flaqmanı hərəkət edən ön kamera ilə təchiz ediləcək. Daxilə ən son Qualcomm Snapdragon 855 prosessoru, 8 GB RAM və 128/256 GB yaddaş quraşdırılacaq. Əsas kamera 3 moduldan ibarət olacaq, 6.5 düymlük ekranın altınaq barmaq izi skaneri quraşdırılacaq. Su və tozdan müdafiə standartı, eləcə də simsiz enerji yığma texnologiyası mövcud olacaq. OnePlus 7 cari ilin iyun ayında təqdim ediləcək.