Xiaomi şirkəti beynəlxalq bazarda 3 ay ərzində 700 min Pocophone F1 smartfonu satıb. Bu barədə şirkətin vitse-prezidenti öz Twitter hesabında qeyd edib.
Pocophone F1 ən çox Hindistanda populyar olub. 700 min ədəd satış münasibətilə Xiaomi Hindistanda endirim elan edib. Belə ki, 8 dekabradək cəmi 65 avro (123 manat) ödəməklə Pocophone F1 modelini əldə etmək olar. Aksiyadan kənar isə Hindistanda F1 modeli 6/64 versiya üçün 280 dollara, kevlar korpuslu böyük model üçün isə 380 dollar təqdim edilir.