Dekabr ayında yayılan xəbərlərə görə Xiaomi şirkəti Redmi Note 5 smartfonunu satışa çıxarmamaq qərarına gəlmişdi. Lakin, yeni yaılan məlumatlara əsasən, Çin şirkəti bu cihazı təqdim edəcək.
Redmi Note 5 smartfonuna 1.8 Ghz tezlikli Qualcomm Snapdragon 632 prosessoru quraşdırılacaq. Smartfon hər biri 12 mpxl. olan qoşa kamera sistemi ilə təchiz ediləcək. Note 5-in əməliyyat yaddaşı (RAM) 4 GB, daxili yaddaşı isə 64 GB təşkil edəcək. Cihazın təqribi qiyməti isə 245 dollar olacaq.