spot_img
22 ноября, 2024
ДомойТехнологииHardwareAzərbaycanın ilk 3D oyun müsabiqəsinin final mərasimi keçiriləcək

Azərbaycanın ilk 3D oyun müsabiqəsinin final mərasimi keçiriləcək

Azərbaycanda ilk Hackathon yarışmalarının təşkilatçısı olan “Hackathon Azerbaijan” komandasının təşkilatçılığı, IDRAK Texnoloji Transfer şirkətinin baş sponsorluğu ilə keçirilən Game Jam müsabiqəsinin final mərhələsinə sayılı günlər qalıb.

Final mərasimindən öncə müsabiqə iştirakçıları münsiflər qarşısında xüsusi təqdimatlarla çıxış ediblər. 3D oyunlar, 3D simulasiya və kompüter qrafikası mövzularını əhatə edən Game Jam müsabiqəsində ilk olaraq iştirakçılar üçün xüsusi təlimlər keçirilib. Qərbi Kaspi Universitetinin tədris binasında Noyabrın 25-dən dekabrın 17-nə qədər davam edən təlimlərdə iştirakçılara ideyadan məhsula aparan yol, 3D oyun proqramlaşdırılması, Unity 3D, kompüter qrafikasına giriş, oyun sənayesinin riyazi əsasları, 3D texnologiyaları, oyun proqramlaşdırılmasından gəlir əldə edilməsi yolları və s. mövzular tədris olunub.

Təlimlərdən sonra iştirakçılar tərəfindən oyunlar yazılıb və 7 yanvar tarixində onlar münsiflər heyətinə nümayiş olunub. Münsif səsverməsindən sonra isə finala vəsiqə qazanan komandalar aşağıdakılar olub:

1.Komanda: hiVooby

Oyunun adı: hiVooby

Browser oyunu

2.Komanda: Mad Bots

Oyunun adı: Stolen Crown

PC oyunu (exe)

3.Komanda: Punks

Oyunun adı: Simple Cars

PC oyunu (exe)

4.Komanda: Fire Wings

Oyunun adı: Cartoon City

PC oyunu (exe)

5.Komanda: LC Game studio

Oyunun adı: Mirror Man

Mobile oyun (APK)

6.Komanda: Orient

Oyunun adı: Adam’s Break

PC oyunu (exe)

7.Komanda: Oksade

Oyunun adı: IMKANSIZ

PC oyunu (exe)

2018-ci ilin yanvar ayının 12- də müsabiqənin final mərasimi və qalib komandaların mükafatlandırılması planlaşdırılır. Yarışma qaliblərinə qiymətli hədiyyələrin, əsas qalibə isə 3000 AZN pul mükafatının verilməsi nəzərdə tutulur.

Məlumat üçün qeyd edək ki, Hackathon — hacker neologiyasıdır — proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır. «Hackaton Azerbaijan» layihəsi çərçivəsində reallaşdırılan «GameJam» müsabiqəsinin keçirilməsində məqsəd də bu sahədə kadr potensialının artırılması, müvafiq sahədə potensial proqramçıların üzə çıxarılmasıdır.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -