Apple TSMC şirkətinə prosessor istehsalı ilə bağlı ekskluziv hüquq verib. Belə ki, TSMC 2018-ci il iPhone-ları üçün A12 çiplərini istehsal edəcək. Xatırladaq ki, daha əvvəl bu əməliyyatlar Samsung-la birgə aparılırdı.
TSMC şirkəti 2017-ci il üçün A11 çiplərində 6 nüvə və 10-nm çipsetlərindən istifadə edib. Gələcəkdə isə şirkət etaplı şəkildə 7-nm, 5-nm və 3-nm çipsetlərinə keçid alacaq.