Twitter-in Çin analoqu olan Weibo şəbəkəsində Apple iPhone smartfon xəttinin yeni cihazı haqqında məlumatlar yayılıb.
Mənbədən əldə edilən məlumata görə, OLED displey ilə təchiz olunacaq iPhone 8-in ən az yaddaşlı versiyası 64 GB-lıq olacaq. Digər iki versiya isı 256 və 521 GB olacaq. Qeyd edək ki, əməliyyat yaddaşı (RAM) dəyişməz olaraq qalacaq — 3 GB.
Xatırladaq ki, gəzən şayiələrə əsasən, yeni iPhone 8-in özəllikləri arasında bütün ön paneli örtəcək olan OLED-displey, virtual «home» düyməsi, ekranın altına yerləşdirilmiş barmaq izi skaneri və digərləri var.