Digitimes bildirir ki, Huawei şirkəti ciddi şəkildə yeni flaqman Mate 10 smartfonunun üzərində çalışır. Səbəb kimi iPhone 8-in payız təqdimatı göstərilir: Huawei yeni flaqmanı iPhone 8-ə birbaşa rəqib olaraq təqdim etmək istəyir.
Gəzən şaiyələrə əsasən, Mate 10 flaqmanı 6 düymlük AMOLED (Japan Display) displeyi ilə təchiz olunacaq, hansı ki, bütün ön paneli örtəcək. Cihaza ən yeni 8 nüvəli Kirin 970 prosessoru və Heimdallr MP qrafikası quraşdırılacaq.