Son zamanlarda hakerlər məharətlə Google müdafiəsini aşaraq Google Play-ə saysız-hesabsız hücumlar etməyə başlayıb. Buna görə də şirkət Google Play Protect adlı antivirusu tərtib edib. Onun köməyi ilə Android Security Google Play-də Lipizzan virusuna yoluxmuş 20 tətbiqi taparaq blok edib. Qeyd edək ki, bu təhlükəli virus aşağıdakı ənəliyyatları asanlıqla edirdi:
* zənglərin dinlənməsi
* cihazın mikrofonuna yazılma
* GPS aktivləşdirərək yerin müəyyən edilməsi
* cihazda olan faylların əldə edilməsi
* istifadəçi məlumatlarının əldə edilməsi
Google bildirir ki, Lipizzan virusuna yoluxan cihazların sayı 100-ü keçmədən bütün yoluxmuş tətbiqlər zərərsizləşdirib.