spot_img
22 ноября, 2024

Ağıllı əşyalar

Əşyaların interneti konsepsiyası 1999-cu ildə Procter & Gamble üçün həyata keçirilən MIT layihəsi çərçivəsində meydana gəldi. O vaxt logistika zəncirlərinin idarəetmə sistemini təkmilləşdirmək məqsədilə RFID radiotezlik işarələri tətbiq edildi. 2008-2009-cu illərdə isə qoşulmuş qurğuların sayı artıq dünya əhalisinin sayını keçmişdi. Hələlik elə də çox hiss edilməsədə, demək olar ki, bugün biz qoşulmuş qurğular dünyasında yaşayırıq. İnternetə qoşulmuş müxtəlif qurğular və qadcetlər insan müdaxiləsi olmadan öz aralarında uğurla əlaqə yaradaraq həyatımızı daha rahat və təhlükəsiz edir. Gün ərzində nə etməyinizi sizə xatırladan televizor, lazım olan ərzaqları özü sifariş verib alan soyuducu — bütün bunlar artıq xəyal yox, gerçəkdir. İnternetə qoşulması mümkün olan hər şey fayda gətirir. İndi sıra biznesdədir: oturub düşünməlidir ki, bundan necə mənfəət eldə etmək olar?

Əşyaların interneti göz qabağında inkişaf edir. Şəbəkəyə qoşulmuş əşyaların sayı günü gündən artır. Dediyimiz kimi, onların sayı dünya əhalisinin sayından çoxdur. Milyardlarla sensor məlumat toplayıb bir-birinə ötürür. Həmin məlumatları intellektual sistem elam edərək müstəqil şəkildə qərarlar qəbul edir. Məqsəd də elə bu idi. Maşınlar insanları rutin işlərdən azad etməlidir, çünki həmin işləri insandan daha cəld və düzgün həll edə bilər.

Misal üçün, «ağıllı» avtomobil yollardan daha yaxşı başı çıxdığından təyinat nöqtəsinə tıxaclardan qurtulub, vaxtı-vaxtında yanacaq doldurub daha tez çata bilər. Kompüter sistemi həm marşrut seçir, həm də sürücü funksiyasını yerinə yetirir. Müəssisələrdə sensorlar avadanlıqların vəziyyətinə nəzarət edərək nasazlıqları önləyir, vaxtında təmir işlərini təşkil edir, prosesləri dərindən təhlil edərək optimallaşdırma yollarını müəyyənləşdirir. Ümumilikdə, biznes baxımından səmərəlilik və xərclərin azaldılması ilə bağlı hər şey əşyaların internetinin tətbiq olunmasının əsas məqsədidir. Məsələ sadəcə bu texnologiyaların üstünlüklərini tətbiq etməkdən ibarətdir.

— 2021-ci ildə Əşyaların interneti qlobal iqtisadiyyata 11 trilyon dollar həcmində töhfə verəcək (McKinsey Global Institute). Dünyada qoşulmuş qurğuların ümumi sayı 100 milyarddan çox olacaq.

Sensor sehrbazlığı

Şübhəsiz ki, əşyaların interneti istənilən sahədə tətbiq oluna bilər: istər istehsalda, logistikada, ticarətdə, istərsə də telekommunikasiya sahəsində və ya bankçılıqda. İndiyədək əşyaların interneti olmadan necə yaşamışıq? İnternetsiz yaşadığımız kimi. Müəyyən nöqtəyədək işlərin öhdəsindən gəlirdik, yaxşı, ya da yaman. Amma vaxt gəlib çatdı on-line dövrünə və bütün proseslər həm sürətləndi, həm də asanlaşdı. Biznes prosesləri də bura aid ola bilər.

McKinsey Global Institute mütəxəssisləri əşyaların internetinin 150-yə yaxın tətbiqolunma növünün olduğunu hesablayıblar. Əksər hallarda belə layihələr biznes modellərində dəyişikliklərə səbəb olur, perspektivdə isə bəzi sahələri kökündən dəyişdirir. Misal üçün, sensorlar və onların topladığı məlumatların analizi sığorta telematikası bazarı yaradır. Əgər keçmişdə sığorta riskləri dəyərləndirilirkən sürücünün tarixçəsi, eləcə də demoqrafik və yaş meyarları nəzərə alınırdısa, əşyaların interneti və Big Data-nın gəlişi ilə sığorta polisi real maşınsürmə tərzinə görə satılır. Gələcəkdə ola bilər ki, tibbi sığorta da öz növbəsində sensorlardan alınan insanın sağlığı ilə bağlı məlumatlar əsasında verilsin. İnternetə qoşulması mümkün olan hər şey mütləq qoşulacaq və fayda gətirəcək.

İntellektual sistemlər müxtəlif sahələrdə oğurluq hallarının qarşısını almağa qadirdir. Logistika üçün əşyaların interneti nəqliyyatın səmərəliliyini artırmaq üçün yeni fürsətlər yaradır. Bəzi şirkətlər avtomobilləri real vaxtda baş verən bütün prosesləri, o cümlədən, harada olduğunu, hansı marşrutla hərəkət etdiyini, harada dayandığını nəzarət altında tuta bilən cihazlarla təchiz etmək istəyir. Belə məlumatlara əsaslanaraq yanacağa qənaət etmək və marşrutları optimallaşdırmaq mümkün olacaq.

Rolls-Royce şirkətinə təyyarələrdə quraşdırılmış sensorlardan nəhəng həcmdə məlumat daxil olur. Bu məlumatlar təhlil edilir və alınan nəticələd əsasında mühərriklərin daha effektiv istifadə olunması yolları müəyyənləşdirilir, avadanlığın sıradan çıxma hallarının qarşısı alınır, yanacağa qənaət olunması təmin edilir.

Əşyaların interneti hətta kənd təsərrüfatı kimi mühafizəkar sahəyə də köklü dəyişikliklər gətirir. Yaponiyanın Fujitsu şirkəti elə bir servis yarasdıb ki, sensorların köməyilə ən uyğun mayalama vaxtını müəyyənləşdirərək malqara sayının artmasını təmin edir. Əsas məsələ sensorların quraşdırılacağı düzgün nöqtələrin seçilməsindən ibarətdir.

Təkmilləşdirmə ssenariləri

  • Energetika -avadanlıqların vəziyyəti sensorların köməyilə nəzarət altında tutularaq və istismarolunma gücü təhlil edilərək onun yüklənməsi və servis dövrləri müəyyənləşdirilir. Müasir diaqnostika avadanlıqların, məsələn, qaz turbinalarının istismar resursunu xeyli artırır. Ehtiyacların dəyişməsini anlayaraq güc resurslarını dəstəkləmək üçün sərf edilən vəsaitlərin həcmini azaltmaq olar.
  • Nəqliyyat — sensorlar yolların yüklənmə həcmini və nəqliyyat axınını müəyyən edir. Həmin məlumatlara əsaslanaraq yeni yol ötürücülərini daha düzgün planlaşdırmaq, ictimai nəqliyyatın marşrutunu dəyişdirmək, lazım olan yerlərdə avtomobillər üçün daha çox park yeri təşkil etmək, qəzaların sayını azaltmaq, ətraf mühitin çirklənməsini önləmək mümkündür.
  • Sənaye — istehsal proseslərini sensorların nəzxarəti altında tutaraq daha təhlükəsiz vəziyyətə gətirmək olar. Monitorinq sistemləri problemli sahələri hələ sıradan çıxmadan öncə müəyyən edə Normadan kənarlaşma hallarını vaxtında aşkar edərək vaxtında tədbir görmək və qəza risklərini azaltmaq olar.
  • Neft və qaz sahəsi — əşyaların internetini burada tətbiq edərək «ağıllı» quyular qazmaq olar. Təzyiq, temperatur və kimyəvi tərkibə nəzarət edərək hasilatı artırmaq və qəza risklərini azaltmaq mümkündür.
  • Səhiyyə — qoşulmuş tibbi sensorlar günün 24 saatı ərzində xəstələrin nəbzi, qan təzyiqi, şəkəri, temperaturu və kimi həyat fəaliyyəti göstəricilərinə nəzarət edir. Bu göstəriciləri əldə edən həkimlər xəstənin vəziyyətini daha yaxşı anlayır və müalicə ilə bağlı qərarlar qəbul edirlər.
  • Kənd təsərrüfatı — «ağıllı» sensorlar suvarma prosesini idarə edərək məhsuldarlığı artırır, torpağın tərkibi və temperaturu haqqında məlumat toplayır, texnikanın optimal tənzimləməsini təmin edərək şəraitdən asılı olaraq səmərəliliyini artırır.

— Gartner: 2016-cı ildə əşyaların interneti texnologiyalarından şirkətlərin 43%-i faydalanıb.

Bütün bunları təhlil edərkən

Azərbaycanda əşyaların interneti layihələri təzə-təzə meydana gəlməyə başlayıb və hələ ki, bunun nə vaxt kütləvi hal alacağı bəlli deyil. Lakin əşyaların internetinin elementləri müəssisələrimizdə artıq mövcuddur. Səmərəliliyə gəlincə, vahid platformanın olmaması onu azaldır. Belə platformanın ölkəmizdə yaradılması inqilabi nəticələrə gətirib çıxardacaq.

Əşyaların interneti olmadan mümkün olmayan əsas şey isə analitikadır. Sensorların topladığı və ötürdüyü məlumatlar sürətli və düzgün şəkildə təhlil olunmalıdır. Əsas məqsəd məlumat toplamaq deyil, toplanan məlumatı təhlil edib biznes üçün maraqlı və faydalı tövsiyələr təqdim etməkdir. Nəticə etibarı ilə əşyaların internetinin əsl qiyməti məhz «ağıllı» analizə əsaslanaraq qəbul edilən qərarlardadır.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -