spot_img
22 ноября, 2024
ДомойТелекомСтатьи«Windows 10 Tech Bench Upgrade Program» ilə Windows 10-a daha rahat keçid...

«Windows 10 Tech Bench Upgrade Program» ilə Windows 10-a daha rahat keçid edin

Əvvəlki məqaləmizdə oxucuları Microsoft korporasiyasının ən son Windows 10 əməliyyat sisteminin Azərbaycan daxil olmaqla 190 ölkədə 29 iyul 2015-ci il tarixindən etibarən istifadəyə verilməsi barədə və bununla əlaqədar ən çox verilən 10 sual haqqında məlumatlandırmışdıq. Bu dəfə sizə Windows 10 əməliyyat sisteminə rahat keçid almaq üçün nəzərdə tutulmuş bir resurs — «Windows 10 Tech Bench Upgrade Program» haqqında söhbət açacağıq.

Lenovo-ThinkPad-P50

Əvvəlki məqaləmizdə qeyd etdiyimiz kimi, Windows 10 əməliyyat sistemi pulsuz yeniləmə şəklində Windows Update xidməti vasitəsilə təqdim olunur. Bəzən istifadəçilər Windows 10 əməliyyat sisteminə sərbəst şəkildə keçmək istəyirlər, bəzən də məlum olmayan səbəbdən miqrasiya ilk cəhddən uğurla nəticələnmir. Belə hallarda istifadəçilərin yardımına «Windows 10 Tech Bench Upgrade Program» gəlir. «Windows 10 Tech Bench Upgrade Program» resursunun tərkibində aşağıdakılar mövcuddur:

— Windows 10 ISO images (32-bit and 64-bit) — Windows 10 əməliyyat sisteminin İSO formatındakı obrazı (32 və 64 bitlik versiyalarda);
— 2 Tech Bench Scripts — Miqrasiyanı avtomatlaşdırmaq üçün nəzərdə tutulmuş 2 ssenari faylı;
— Steps for Creating an installation USB stick — USB Diskindən quraşdırmaq üçün addım-addım yazılmış təlimat (Creating an installation USB stick.pdf);
— Installation Guide for Existing PCs — Əvvəlki əməliyyat sistemi işlədən fərdi kompüterə Windows 10 əməliyyat sistemini quraşdırmaq üçün addım-addım yazılmış təlimat (Windows 10 Upgrade Program Installation Guide for Existing PCs.pdf);
— Installation Guide for New PCs — Yeni fərdi kompüterə Windows 10 əməliyyat sistemini quraşdırmaq üçün addım-addım yazılmış təlimat (Windows 10 Upgrade Program Installation Guide for New PCs.pdf);
— User Quick Start Guide for Existing PCs — Əvvəlki əməliyyat sistemi işlədən istifadəçinin Windows 10 əməliyyat sistemi ilə tez işləməyə başlaya bilməsi üçün müvafiq təlimat (Windows 10 Upgrade Program User Guide to existing PCs.pdf);
— User Quick Start Guide for New PCs — Yeni fərdi kompüter istifadəçisinin Windows 10 əməliyyat sistemi ilə tez işləməyə başlaya bilməsi üçün müvafiq təlimat (Windows 10 Upgrade Program User Guide to New PCs.pdf);
— End User License Agreement — Son istifadəçi üçün nəzərdə tutulmuş Lisenziya Sazişi (Windows_10_RTM_Client_Retail_EULAs);
— Privacy Statement — Məxfilik haqqında Bəyanat.

İşə başlamadan öncə tövsiyə edirik ki, hər ehtimala qarşı bütün məlumatlarınızın ehtiyat nüsxəsini (Backup) çıxarasınız. İnformasiya Texnologiyaları sahəsində yenisinizsə, bilmədən kompüterdə olan məlumatları zədələyə və ya silə bilərsiniz. Ümumiyyətlə miqrasiyaya başlamadan əvvəl siz əmin olmalısınız ki:

— İnternet bağlantısı mövcuddur və İnternetə qoşulmusunuz (İnternet trafikindən istifadəyə görə müəyyən xərcləriniz ola bilər);
— Windows 10 əməliyyat sisteminin obrazını və müvafiq ssenari fayllarını saxlamaq üçün USB diskinizdə və kompüterinizdə kifayət qədər boş yer var;
— Fərdi kompüterdə boş yerin az olduğu hallarda ən azı 16 GB həcmində boş yeri olan USB Flash Drive diskiniz var;
— Planşet tipli kompüterinizə adi USB diski qoşmaq üçün xüsusi Micro-USB adaptorunuz var;
— Miqrasiya zamanı bütün işləri təlimata uyğun həyata keçirməyiniz, eləcə də müvafiq qeydləri aparmağınız üçün əlinizin altında «Windows 10 Tech Bench Upgrade Program» resursunda olan təlimatların çap olunmuş versiyaları və qələminiz var.

Bundan sonra “Windows 10 Tech Bench Upgrade Program” resursunun rəsmi internet səhifəsindən ssenari faylları, təlimatları saxlayan faylı və Windows 10 əməliyyat sisteminin sizə uyğun versiyasının obrazını kompüterinizə endirməlisiniz. İnternetinizin sürətindən asılı olaraq bu proses 1-4 saat vaxt ala bilər.

Yuxarıda qeyd edilən faylları köçürdükdən sonra onları eyni qovluqda yerləşdirmək lazımdır. İlk növbədə TechBench_2015-08-19_2100.zip arxiv faylından bütün faylları çıxarmaq və onlarla tanış olmaq tövsiyə olunur. Təlimatlar ingilis dilində aydın şəkildə addım-addım yazılmışdır. Bunlara düzgün əməl etməklə yeni əməliyyat sisteminə rahat miqrasiya etmək olacaq.

Windows-10-Restores-the-desktop-to-dominance-but-Cortana-and-Edge-need-work

Əgər sərbəst keçid etməkdə yenə də çətinlik çəkirsinizsə, Microsoft şirkətinin rəsmi tərəfdaşlarına müraciət edib, səriştəli texniki dəstək ala bilərsiniz. Bu məsələdə sizə Gümüş və Qızıl dərəcəli tərəfdaşları seçməyinizi tövsiyə edirik. Aşağıdakı keçiddə Microsoft tərəfdaşlarının əlaqə telefonları və rəsmi internet səhifələri verilmişdir:

http://www.microsoft.com/az-latn-az/about/partners.aspx

Eyni zamanda iş günləri və iş saatlarında Microsoft şirkətinin İnformasiya Mərkəzinə zəng edərək suallarınıza cavab ala bilərsiniz. Əlaqə nömrəsi: (+994 12) 437 35 55.

Hər-hansı səbəbdən əməliyyat sisteminin obrazlarına ehtiyac olarsa aşağıdakı keçidlərdən müvafiq əməliyyat sisteminin İSO formatında olan obrazını endirib istifadə edə bilərsiniz:

https://www.microsoft.com/en-us/software-download/windows7
https://www.microsoft.com/en-us/software-download/windows8
https://www.microsoft.com/en-us/software-download/windows10

Windows 10 ən son və yeni əməliyyat sistemi olmaqla yanaşı özündə Windows Hello, Cortana, Universal App, Virtual Desktops, Continium və s. kimi bir sıra yeniliklər də cəmləşdirib. Windows 10 həm Windows 7, həm də Windows 8.1-də olan ən yaxşı imkanları özündə toplayıb. Əvvəlki əməliyyat sistemlərində işləyən qurğular, tətbiqlər demək olar ki, yeni əməliyyat sistemində də rahat işləyə bilir. Bunları nəzərə alaraq sizə 29 iyul 2016-cı il tarixinədək pulsuz olaraq Windows 10 əməliyyat sisteminə keçməyinizi tövsiyə edirik.

VLS_7466.0

Məqalənin hazırlanmasında aşağıdakı internet resursundan istifadə edilmişdir:

https://www.microsoft.com/en-us/software-download/techbench

Məqalə ilə bağlı rəy və təkliflərinizi müəlliflə paylaşsanız məmnun qalarıq.

Qaçay Mirzəyev — Strateji həllər üzrə mütəxəssis / Microsoft Azərbaycan. [email protected]

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -