spot_img
22 ноября, 2024
ДомойSoftwareИгрыAzərbaycanda video oyunlarının istehsalı haqqında

Azərbaycanda video oyunlarının istehsalı haqqında

Video oyunları artıq demək olar ki, hər müasir insanın həyatında öz yerini tapıb. Oyunların yaradılması vaxt və vəsait tələb edən mühüm prosesdir. Əvvəllər keyfiyyətli və maraqlı oyunlar yalnız inkişaf etmiş ölkələrdə hazırlanırdı. Lakin sonralar bir sıra amil, o cümlədən kompüter giymətlərinin aşağı düşməsi digər ölkələri də bu sahədə inkişaf etməyə şövqləndirdi. Qısa müddət ərzində müxtəlif ölkələrdə çox sayda video oyunları yaradıldı. Artıq bu oyunlar böyük şirkətlərin məhsulları ilə ciddi rəqabət etmə gücü qazanmışdı. Misal üçün, Çexiyanın «Illusion Softworks» studiyasında hazırlanan «Mafia» oyunu məşhur «GTA 3» («Grand Theft Auto 3» — «Böyük Maşın Oğurluğu 3») oyununa layıqli rəqib kimi meydana çıxıb oyun industriyasında bu ölkəni birdən birə dünya səviyyəsinə yüksəltdi.

GTA-Baku-City

Azərbaycanda da video oyunları yaradıb onları dünya bazarına çıxartmaq istəyən və bunu həqiqətən bacaran insanlar mövcuddur. Bu sahədə ölkədə atılan ilk ciddi ilk addımlardan biri «Qarabag Wars» adlı video oyunun hazırlanması oldu. Qrafika və «gameplay» cəhətdən bu oyun xarici əmsallarına nisbətən zəif olsa da, layihə milli vətənpərvər xarakter daşıdığından Azərbaycan oyunçuları tərəfindən çox müsbət qarşılandı. Bir müddət sonra «Qarabag Wars»-layihəsinin oyun prosesinin videosu «Youtube» saytında yayıldı. Artıq «Qarabag wars» uğur qazanmışdı. Bu uğur yerli oyun yaradıcılarını yeni və daha keyfiyyətli layihələrin hazırlanmasına şövq etdi. Lakin əvvəlcə yerli bazara 2000-ci illərin əvvəllərində yeni oyun adı ilə sadəcə bir neçə «mod» ( ingilis dilindən «modding» — oyunda dəyişiklik) edilmiş oyun çıxarıldı. Modderlərin əsas hədəfləri arasında daha çox «Grand Theft Auto» seriyasının məhşur «GTA3: Liberty City» və «GTA:Vice city» oyunları yer alırdı. Təkçə maşını və yalnız bir neçə binanı dəyişdirib onlar tezliklə yerli video oyun həvəskarlarına «GTA Baku» adlı oyunu təqdim etdilər.

Bir müddət sonra isə «GTA Baku City: Rage» adlı daha bir «mod» anons edildi. İlk olaraq modder «GTA: San Andreas», daha sonra isə «GTA IV» oyunları üzərində Bakı şəhərinin modelini qurmağa başladı. Modderin həmin anonsda göstərdiyi şəkillərə baxdıqda məlum olur ki o, Bakı şəhərinın mərkəz hissəsini təkbaşına modelləşdirib. Lakin anonsdan 4-5 il ötməsinə baxmayaraq oyun təəssüf ki, hələ də işıq üzü görməyib.

AzDimension

2012-ci ildə 7 gənc tərəfindən Azərbaycanda «İşğal Altında: Şuşa» adlı ilk tam deyə biləcəyimiz yerli video oyunu yaradıldı. Yaradıcı gənclər bu oyunu heç bir maddi dəstək almadan öz vəsaitləri ilə hazırlamışdılar. Oyunun ssenarisi Qarabağda yaxın gələcəkdə baş verə biləcək müharibə üzərində qurulub. Süjetə görə düşmən tərəfin təhriklərinə cavab olaraq Azərbaycan ordusu işğal olunmuş torpaqları azad etmək üçün həlledici döyüşə başlayır. «İşğal Altında: Şuşa»-nı yaratmaqla bu gənclər ölkəmizdə video oyunları industriyasının təməlini qoymaq yolunda mühüm addım atdılar. Vizual cəhəddən mükəmməl olmasa da, oyunun bir sıra cəlbedici xüsusiyyətləri vardı. Bunlardan biri, oyunda Şuşanın məhşur məkanlarının yer alması idi.

Ishgal_Altinda_Agdam

«İşğal Altında: Şuşa» oyunundan sonra, həmin gənclərdən ibarət «AzDimension» qrupu (http://azdimension.az) bu dəfə Gənclər və İdman Nazirliyin mailiyə dəstəyi ilə «İşğal Altında: Ağdam» adlı oyunu hazırladı. «İşğal Altında: Ağdam» oyunu «İşğal Altında: Şuşa» oyunu ilə müqayisədə təkmilləşdirilmiş qrafikası, işıqlanması və yeni xüsusi effektləri ilə fərqlənirdi. Oyuna həm də zirehli texnikadan istifadə etmək və tank döyüşü aparmaq imkanı əlavə olundu. Bundan əlavə, oyunçu Azərbaycan istehsalı olan «İstiqlal» snayper tüfəngi və «Zəfər» tapancasından, habelə Azərbaycan ordusunun istifadə etdiyi «Marauder MRAP» zirehli maşın və «T-90» tankından da istifadə edə bilir. «İşğal Altında: Ağdam»-ın ən əsas nəzərə çarpan xüsusiyyəti isə onun Ağdam şəhərinin müharibədən öncəki və sonrakı vəziyyətinin coğrafi və kartoqrafik dəqiqliklə, şəhər abidələrinin və görməli yerlərinin əks etdirməsidir. Və «İşğal Altında: Şuşa» oyunundan fərqli olaraq, bu hissədə oyunun süjeti oyun prosesində daha böyük rol oynamağa başladı. Hadisələr iki zaman dilimində: keçən əsrin 90-cı illərində Ağdamın müdafiəsi zamanı və yaxın gələcəkdə — şəhərin azad olunması zamanı cərəyan edir. Oyunçu xüsusi təyinatlıların tərkibində bir neçə əsgər rolunda oynayacaq.

Ishgal_Altinda

2014-cü ildə keçirilən 1-ci Azərbaycan Beynəlxalq Müdafiə Sənayəsi Sərgisində (ADEX) iştirak edən «AzDimension» qrupu öz stendində «Last Deadlock» adlı yeni oyunun plakatını yerləşdirdi. Qrupun verdiyi məlumata əsasən oyundakı hadisələr Azərbaycan nağıl və əfsanələri əsasında qurulub İçəri Şəhərdə baş verir. Bu layihənin yeni oyun motoru əsasında qurulacağı və dünya səviyyəsində olacağı gözlənilir. «Last Deadlock» oyununun «horror» («qorxu») janrında hazırlandığı və 2016-cı ildə istifadəyə veriləcəyi barədə bildirilir.

«AzDimension» oyun yaratmaqla məşqul olan yeganə yerli qrup deyil. Bu yaxınlarda ozünü «Fortune Entertainment» (http://fortunedevs.com, http://playtussle.com) kimi təqdim edən başqa bir yaradıcı qrup «horror» janrında yeni oyun hazırladığı barədə məlumat verib. Oyun bir ada qəsəbəsində baş verən paranormal hadisələrə həsr olunub. Oyunun qəhrəmanı adaya araşdırma aparmaq üçün qayıq ilə gəlir. Adaya ayaq basdığı andan o, buranın normal bir məkan olmadığını, ətrafda qəribə şeylərin baş verdiyini anlayır. «Fortune Entertainment»-ın verdiyi məlumata əsasən oyunun hazırlanması 2 il davam edəcək. Oyun Windows, Mac, Linux və Android əməliyyat sistemlərinə uyğun hazırlanır.

Fortune-Entertainment-Tussle

Yaradılması ən çətin sayılan strategiya janrında da Azərbaycan mövzusunda oyunun təqdim olunması gözlənilir. Belə ki, Rusiyanın «Burut CT» studiyası Azərbaycan Gənclər və İdman Nazirliyinin maliyə dəstəyi ilə hal-hazırda «Odlar Yurdu» adlı oyun üzərində işləyir. Əldə edilən məlumata görə layihə oyunçuları Azərbaycan tarixi ilə tanış edəcək. «Odlar yurdu» oyunu üç epizoddan ibarət olacaq. Hər epizod Azərbaycanın məhşur sərkərdələrindən birinə həsr olunub. Oyunda «multiplayer»rejimi, yəni şəbəkə daxilində oynamaq imkanı da tətbiq olunacaq. Atropat, Cavanşir və Babəkin həyatlarından bəhs edən «Odlar Yurdu» keçən ilin dekabr ayında hazır olmalı idi, lakin nədənsə BakuTel 2013 sərgisindən sonra layihə barədə hələ ki heç bir açıqlama verilmir.

Fortune-Entertainment-1

Ölkәmizdә kopyüter oyunları ilә yanaşı mobil oyunlar sahәsindә dә addımlar atılır. «Appsheron» studiyası tәrәfindәn bu yaxınlarda hazırlanan «Qobustan» oyununun treylerində Jan Klod Van Dammın «Volvo» yük avtomobilləri üçün çəkilmiş reklam çarxına parodiya təqdim olunub. Özunәmәxsusluğu ilə seçilən bu treyler bir çoxlarının rəğbətini qazanıb. Rәngarәng qrafikaya sahib olan «Qobustan» üç kiçik oyundan ibarәtdir. Birinci oyunda biz ovçu, digәrindә qayıqçı, üçüncüsündə isә qabal daşı ifaçısı rolunda çıxış edirik. Bu kiçik oyunlardan hər birində mәqsәd maksimal xal toplamaqdır. Layihәdә Qobustanın tarixi barәdә kiçik malumat da yerlәşdirilib. Oyunun ingilis dilindә olması bu mәlumatın tәkçə bizim yox, hәm dә әcnәbi oyunçuların nәzәrinә çatdırmasına yol açır.

gob-1Yülkə:

Başqa bir mobil oyun isə «The Fat Brain» studiyası tərəfindən təqdim olunub. Oyun «The Flying Carpet Baku» («Uçan Xalça Bakı») adlanır. Məhşur «Flappy Bird» oyununu xatırladan bu oyun gözəl üslubu ilə seçilir. Sehirli xalça vasitəsi ilə xan zaman portalını axtarır. Oyunun ilk mərhələsi Bakı Dənizkənarı bulvarda başlayır, lakin «Flappy bird» oyununundan fəqrli olaraq, daha sonar bir neçə məkanda cərəyan edir.

flying-carpet

Yüklə:  https://play.google.com/store/apps/details?id=com.tfbInteractive.flyingCarpet&hl=ru 

Haqqında bəhs etmək istədiyimiz növbəti milli mobil oyun «Balıq tutmaq Azərbaycan» oyunudur.Bu oyun get-gedə smartfon istifadəcilərinin rəğbətini qazanır. Oyunun məqsədi cürbəcür balıqları tutmaqla xal toplamaqdır.

balig-1

Yüklə: https://play.google.com/store/apps/details?id=com.wBaliqTutmaqAze

Yuxarıdakıları nəzərə alaraq qeyd etmək olar ki, Azәrbaycanın video oyunları sәnayesindә müəyyən inkişaf müşahidə olunur. Eyni zamanda bu sahәdәn əldə edilən maddi gәlirin demәk olar ki, yox dәrәcәdә olması yerli oyun industriyasının inkişafına ciddi əngəl yaradır. Ölkәmizdә hələ də qaçaq «pirate» mәhsullara üstünlük verildiyi şəraitdə oyunlar ya pulsuz yayım üçün, ya da reklam mәqsәdli hazırlanır. Hal-hazırda yalnız «Azdimension» studiyasının yeni lahiyәsi vә «Odlar yurdu» layihəsi dövlәt tәrәfindәn maddi dәstәk alır.

Ümüd edirik ki, tezliklə Azərbaycan mənşəli, eləcə dəölkəmizə həsr olunmuş video oyunları beynəlxalq səviyyəyə yüksəlib dünya miqyasında uğur qazanacaq.

Müəliiflər: Murad Mustafayev, Rəşad Qədirov.

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -