Azərbaycanda yenidən informasiya təhlükəsizliyi sahəsində ildə bir dəfə keçirilən CTF müsabiqəsi başlayır
Bütün ölkənin kibertəhlükəsizlik üzrə mütəxəssislərin komandaları müsabiqə çərçivəsində üz-üzə gələcək və güclərini sınayacaqlar. CTF formatı mütəxəssislərin kompüter sistemlərinin mühafizəsi üzrə bacarıq və səriştələrini qiymətləndirməyə imkan verir. Müsabiqə çərçivəsində iştirakçılara veb-tətbiqetmələrdə olan zəfliklərin istismarı, kriptoqrafiya, binar tətbiqetmələrdə olan pozuntuların istismarı, tərs mühəndislik, və s. bu kimi mövzular üzrə tapşırıqların həllini tapmaq təklif olunacaq.
Bu ilin yeniliyi müsabiqənin qaliblərinin mükafatlandırılması günündə yəni dekabrın 22-də master-klass proqramı olacadır. Müstəqil ekspertlər, həmçinin informasiya təhlükəsizliyi sahəsində ən iri şirkətlərinin aparıcı əməkdaşları iştirakçılar və qonaqların qarşısında çıxış edəcəklər. Bununla da tədbir nəinki ölkədə olan ən perspektivli informasiya təhlükəsizliyi mütəxəssislərinin müəyyən edilməsi və qeyd eilməsinə yardım edəcəkdir, həm də görüş və fikir mübadiləsi yeri, informasiyanın qorunması istiqamətində bazarın və texnologiyaların inkişafı haqqında daha səhih məlumatın alınma mənbəyi olacaqdır.
Yarışların təşkilatçıları şəbəkə perimetrinin, məlumatların və tətbiqetmələrin müdafiəsinə fokuslanmış, həmçinin kiber-insidentlərin qarşısının alınması üzrə həllər təqdim edən SmartIT (www.smartit.az) və tətbiqetmələrin təhlükəsizlik auditi, sızmaların testi və kod auditi üzrə ixtisaslaşan Solidlab (www.solidlab.ru) şirkətləridir. Nəqliyyat, Rabitə, və Yüksək Texnologiyalar Nazirliyi Elektron Təhlükəsizlik Xidməti (www.cert.az) müsabiqəyə öz dəstəyini göstərir.
CTF Azərbaycanın vacib tarixləri:
- Müsabiqə iştirakçılarının qeydiyyatı noyabrın 30-dan dekabrın 14-dək müsabiqənin saytında www.ctf.az aparılacaqdır.
- Müsabiqə günü, dekabrın 15 saat 11:00-dan 23:00-dək — onlayn-yarışların keçirilməsi.
- Dekabrın 22-də müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcəkdir. Mərasim çərçivəsində həmçinin informasiya təhlükəsizliyi sahəsində mütəxəssislərin meetupı keçiriləcəkdir.
Müsabiqənin mükafat fondu 5000 AZN ekvivalentində müəyyən edilib. Yarışların nəticələrinə əsasən, ümumi hesabda ilk üç yeri tutan qaliblər mükafatlandırılırlar.
Bütün maraqlanan tərəfləri tədbiri dəstəkləməyə dəvət edirik. Əlaqə telefonu + 994 12 3103335.